Quranda Axtarış Edin

Axtarış nəticələri: "Qar" üzrə 493 ayə tapıldı. (321 - 340 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Qarunu, Fironu və Hamanı da (məhv etdik). Şübhəsiz, Musa (tovhid və şəriətlər barədə) Bizim aydın dəlillərimizi onlara gətirmişdi, onlar isə yer üzündə təkəbbür və tüğyan etdilər. Amma əsla Bizim iradəmizdən önə keçən deyildilər (Bizim əzabımızdan qaça bilməzlər).
Beləliklə (Biz) onların hər birini öz günahının cəzası ilə (bərk) yaxaladıq. Onlardan elələri var idi ki, başına daş yağdırdıq (Lut qövmü kimi), yaxud qum yağışı ilə (qarışıq) bir külək göndərdik (Ad qövmü kimi). Onlardan (Şüeyb və Səmud qövmü kimi) elə tayfa da var idi ki, onları (göydən gələn öldürücü) bağırtı bürüdü. Onlardan bəzisini yerə batırdıq (Qarun kimi). Bəzisini (suda) qərq etdik. (Nuhun qövmü və Fironun adamları kimi). Allah onlara əsla zülm etmirdi. Lakin onlar (özləri) özlərinə zülm edirdilər.
O kəsləri ki, (həm camaat qarşısında vəzifələrini, həm də öz ilahi vəzifələrini yerinə yetirməkdə) səbr etdilər və daim öz Rəbbinə təvəkkül etdilər.
Və əgər onlardan: «Göydən (yağış, qar və dolu şəklində) su nazil edib, bunun vasitəsilə yeri ölümündən sonra (bitkilər, ağaclar bitirməklə) dirildən kimdir?» – deyə soruşsan, mütləq deyəcəklər: «Allah». De: «Həmd yalnız Ona məxsusdur. Lakin onların çoxu (dərindən) düşünmür».
Allaha qarşı yalan uydurandan (Allah bütləri özünə şərik, şəfaət edən qərar vermişdir deyən kəsdən), yaxud haqq (Peyğəmbərin nübuvvəti və kitabı) ona yetişdikdə təkzib edəndən də daha zalım kimdir?! Məgər Cəhənnəmdə kafirlər üçün qalacaq yer yoxdur?
(Şimşəyi və) ildırımı qorxu və ümid üçün (viran olmaq qorxusu və yağışa olan ümid) sizə göstərməsi və göydən (yağış, qar və dolu şəklində) su nazil etməsi, onun vasitəsilə yeri (yaxud bitkilər üçün lazım olan maddələri) öldükdən sonra diriltməsi də onun nişanələrindəndir. Həqiqətən, bunda (suyun nazil olması və bitkilərin həyat tapmasında) düşünən bir qövm üçün (Onun qüdrət və hikmətinə dair) nişanələr vardır.
(Ya Muhəmməd!) Allah tərəfindən qarşısıalınmaz gün gəlməzdən öncə (qəlbinin) üzünü bu düzgün və möhkəm (sabit) dinə doğru döndər. O gün (insanlar) parçalanıb bölük-bölük olarlar.
(Allah) göyləri görə bilməyəcəyiniz bir sütunla yaratdı və (yer zəlzələlər ilə) sizi yırğalamasın deyə yerdə sabit, möhkəm dağlar bərqərar etdi və ora hər növ canlılardan yaydı. (Biz) göydən (yağış, qar və dolu şəklində) su nazil etdik, beləliklə yerdə gözəl və dəyərli bitkilərin hər cütündən bitirdik.
«Ey mənim əziz oğlum, namaz qıl və yaxşı işləri (əql və şəriət nöqteyi-nəzərindən bəyənilən işləri görməyi) əmr et və pis işlərdən (hər hansı pis və bəyənilməz işi) qadağan et. (İnsanlar və Xaliq qarşısında olan vəzifələrinə əməl edərkən baş verəcək çətin hadisələrdən) sənə yetişənə döz ki, bunlar vacib əmrlərdən və mühüm işlərdəndir».
(Gecənin qaranlığında) Yataqlarından qalxar, Rəbbini qorxu ilə və umaraq çağırarlar və ruzi olaraq onlara verdiklərimizdən (elm, məqam və mal-dövlətdən ehtiyacı olanlara) sərf edərlər.
Onları (öz) atalarının adı ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Əgər atalarının kim olduğunu bilməsəniz onlar sizin din qardaşlarınız və dostlarınızdır (deyin: bu, mənim din qardaşım, yaxud dostumdur). Əgər bir yerdə – (aid etməkdə) – səhv etsəniz, sizə günah yoxdur. Lakin (günah) qəlblərinizlə, qəsdən (bilərəkdən onları başqasına aid) etmənizdir və Allah həmişə bağışlayan və rəhimlidir.
Şübhəsiz, Allah sizin içərinizdən (başqalarını), döyüşdən saxlayanları və öz (həmməslək) qardaşlarına «Bizə tərəf gəlin (döyüşə getməyin)» – deyənləri də tanıyır, döyüşə onların ancaq azı gələr.
Onlar sizə qarşı xəsisdirlər (sizə kömək etməkdən və sizin məqsədiniz uğrunda mal sərf etməkdən çəkinərlər) və elə ki, hər hansı bir qorxu üz verər, onların ölüm halında bihuş olmuş (bayılmış) adam kimi (qorxudan) gözlərinin hədəqəsində dolanaraq sənə tərəf baxdıqlarını görərsən. Elə ki, qorxu aradan gedər, sizi acı və iti dilləri ilə sancarlar. Onlar (qələbə nəticəsində qənimətdən sizə yetişən) xeyirə xəsisdirlər. Onlar (həqiqətdə) iman gətirməmişlər. Buna görə də Allah onların bütün (yaxşı) əməllərini puça çıxartmışdır. Bu, (iş) Allah üçün asandır.
qarla öz evlərinizdə qərar tutun, ilkin cahiliyyət dövründəki (qadınlar) çıxdığı kimi (bəzək-düzəkli, hicaba riayət etmədən) camaat arasına çıxmayın, namaz qılın və zəkat verin, (şəriət hökmlərində) Allaha və (ilahi rəhbərliyə aid məsələlərdə) Onun Rəsuluna itaət edin, həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli – Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak etmək istəyir.
Peyğəmbərin zövcələrinə (və digər qadınlara) ataları(nın), oğulları(nın), qardaşları(nın), qardaşı oğullarının, bacısı oğullarının, özləri tək qadınlar(ın) və malik olduqları kənizlər(in) (yanında hicabı tərk etmək)də heç bir günah yoxdur. Allahdan qorxun (siz ey qadınlar), çünki Allah həmişə hər şeyə nəzarət edən və şahiddir.
Üzləri odda (o tərəf-bu tərəfə) çevrildiyi (sarı və qara rəngə düşdüyü) gün (onlar) deyərlər: «Kaş ki, (dünyada) Allaha itaət edəydik və Onun Rəsuluna tabe olaydıq!»

Səba surəsi Tapıldı

«Görəsən o, Allaha qarşı yalan uydurur, yoxsa onda bir dəlilikmi var?!» (Belə deyildir), əksinə (əslində) axirətə iman gətirməyənlər (indidən) əzabda və uzun-uzadı bir azğınlıq içərisindədirlər.

Səba surəsi Tapıldı

Və kafir olanlar dedilər: «Əsla bu Qur’ana və ondan öncə olana (səmavi kitablara) iman gətirmərik». Və əgər zalımları Rəbbi qarşısında (hüzurunda) ayaq üstə saxlanılıb bir-birləri ilə danışan halda görsəydin (çox təəccüblənərdin). Zəiflədilənlər təkəbbürlülərə deyərlər: «Əgər siz olmasaydınız, biz mütləq mömin olardıq».

Səba surəsi Tapıldı

De: «Həqiqətən, mənim Rəbbim (ümumun mənafeyinə və quruluşun zərurətinə əsasən) istədiyi şəxs üçün ruzini bol edər və azaldar. (Bunlar həmin şəxslərə qarşı məhəbbətin və nifrətin əlaməti deyildir) və lakin insanların çoxu (bunu) bilmir».

Səba surəsi Tapıldı

Bizim aşkar və aydınlıq gətirən ayələrimiz onlara oxunanda, deyərlər: «Bu (adam) ancaq sizi ata-babalarınızın ibadət etdiklərindən döndərmək istəyən şəxsdir» və deyərlər: «Bu (kitab da Allaha qarşı) uydurulmuş yalandan başqa bir şey deyildir». (Bəli,) haqq onlara tərəf gələn zaman kafir oldular, dedilər: «Bu, yalnız açıq-aşkar bir sehrdir».
114 Sürə
6236 Ayə
493 Tapılan Nəticə
25 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar