Quranda Axtarış Edin

Axtarış nəticələri: "Qar" üzrə 493 ayə tapıldı. (281 - 300 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Və o kəslər ki, Allahla birgə başqa məbud çağırmır, Allahın möhtərəm və toxunulmaz etdiyi canı (qisas, şər’i cəza və sairə kimi) haqq (qətllər) istisna olmaqla öldürmür və zina etmirlər. Kim bunları etsə, (ağır) bir cəza ilə qarşılaşar.
səbrləri müqabilində (Cənnətin) yüksək talvar və dərəcələr(i i)lə mükafatlandırılanlar və orada (Allah və mələklər tərəfindən) xeyir-dua və salamla qarşılaşanlar onlardır!
Dedilər: «Onun və qardaşının işini təxirə sal və şəhərlərə toplayıcı məmurlar göndər.
(Ya Peyğəmbər!) həqiqətən, sənin Rəbbin (tüğyan edənlərin müqabilində) qüdrətli və qalib, (itaətkarlara qarşı) mehribandır.
Həqiqətən, sənin Rəbbin (tüğyan edənlərin müqabilində) qüdrətli və yenilməzdir, (itaətkarlara qarşı) mehribandır.
O zaman (qəbilə) qardaşları olan Nuh onlara dedi: «Məgər (Allahın qəzəb və əzabından) çəkinmirsiniz?»
Həqiqətən, sənin Rəbbin (tüğyankarlara qarşı) qüdrətli və qalib, (itaətkarlara qarşı) mehribandır.
O zaman (qəbilə) qardaşları Hud onlara dedi: «Məgər (şirk və küfrdən) çəkinmirsiniz?!»
Həqiqətən, sənin Rəbbin (tüğyan edənlərin müqabilində) qüdrətli və qalib, (itaətkarlara qarşı) mehribandır.
O zaman onların (qəbilə) qardaşları Saleh onlara dedi: «Məgər (şirk və küfrdən) çəkinmirsiniz?»
Həqiqətən, sənin Rəbbin (tüğyankarlara qarşı) qüdrətli və qalib (itaətkarlarla) mehribandır.
O zaman (qəbilə) qardaşları Lut onlara dedi: «(Bu şirk və küfrünüzdən) çəkinmirsinizmi?!»
Həqiqətən, sənin Rəbbin (tüğyankarlara qarşı) qüdrətli və qalib, (itaətkarlarla) mehribandır.
Həqiqətən, sənin Rəbbin (tüğyankarlara qarşı) qüdrətli və qalib və (itaətkarlarla) mehribandır.
Nəhayət, (onlar) «Vadin-nəmlə» (Taifdəki, ya Şamdakı qarışqa vadisinə) endikdə, bir qarışqa (hamıya elan etmək məqsədilə) dedi: «Ey qarışqalar, yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi əzməsinlər!».
«Onların (mələkə və tayfasının) yanına qayıt! Biz mütləq elə bir ordu ilə onların üstünə gələcəyik ki, onun qarşısında durmağa qüdrətləri yoxdur və şübhəsiz, onları o torpaqdan əsir və zəlil halında çıxaracağıq».
Biz Səmud qövmünə onların (qəbilə) qardaşları olan Salehi göndərdik ki, Allaha ibadət etsinlər. Bu zaman onlar (möminlər və kafirlərə), bir-birilə çəkişən və düşmənçilik edən iki dəstəyə ayrıldılar.
Lutu (yada sal), o zaman (o), öz qövmünə dedi: «Belə həddindən artıq çirkin bir işi bir-birinizin gözü qarşısında edirsiniz?!»
(O şəriklərmi yaxşıdır,) yoxsa göyləri və yeri yaradan, göydən sizə (yağış, qar və dolu şəklində) su nazil edən? Beləliklə (həmin suyun) vasitəsilə gözəl, yamyaşıl və könül oxşayan bağlar yetişdirdik ki, onların ağaclarını bitirmək sizin üçün müyəssər deyildi! Məgər heç tək olan Allahla yanaşı başqa bir tanrımı var? (Xeyr,) əslində onlar (Allahdan) üz döndərən və Ona şərik qoşan bir tayfadırlar.
(O şəriklərmi yaxşıdır,) yoxsa yeri (insanlar üçün) sabit və aram edən və onun aralanan yerlərindən çaylar axıdan sabit və möhkəm dağlar yaradan, iki dənizin arasında maneə qoyan kəs?! (Dənizə oxşar olan çayların dənizlə kəsişdiyi yerdə, geniş bir ərazidə şirin su ilə duzlu su arasında bir divar yaratdı ki, bir-birləri ilə qarışmasınlar)? Məgər tək olan Allahla yanaşı başqa bir tanrımı var?! (Xeyr) Onların əksəriyyəti bilmirlər.
114 Sürə
6236 Ayə
493 Tapılan Nəticə
25 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar