"Günəşi parlaq, ayı işıqlı qərar verən Odur. Ay üçün mənzillər qərar verib ki, illərin sayını və hesabı biləsiniz. Allah bunları yalnız haqq əsasında yaratmışdır. Allah qövmə bilmələri üçün ayələri ətraflı bəyan edər.”
Quranda günəş haqqında "ziya”, ay haqqında "nur” təbirləri işlədilmişdir. "Ziya” güclü, "nur” zəif işıqdır.
"Ziya” sözü "zəv” sözünün cəm forması kimi götrüldükdə çeşidli nurlara işarə oluna bilər.
Ayələrin ətraflı bəyanı dedikdə, Allahın yaranışdakı qüdrəti və düşüncə əhli üçün xilqətin genişlənməsinin aydınlığı nəzərdə tutula bilər.
Allah ilin hesablanması üçün səmada nişanələr qoyduğu kimi, xalqın hidayəti üçün yerdə peyğəmbərlər, tərbiyəçilər qərar vermişdir. Çünki bəşəriyyətin tərbiyəyə ehtiyacı, ilin hesabına olan ehtiyacdan daha mühümdür.
Bildirişlər
1. Bütün mövcudların həyatı işıq və istilikdən asılıdır. Allah bu ehtiyacları günəş və ay vasitəsi ilə təmin edir.
2. Planetlərin hərəkətində və onlar üçün orbitlərin təyinində insanın ehtiyacları nəzərə alınmışdır.
3. Ayın hərəkətindəki nizam təbii, ümumi və həmişəlik bir təqvim tənzimləməyə imkan vermişdir. (Ayın forma dəyişiklikləri ilə günləri hesablamaq olur.)
4. Şəri işlərdə hesab ölçüsü qəməri il və aydır.
5. Rəqəmlərin və statistikanın insan həyatında mühüm rolu var.
6. Yaranış əbəs deyil, haqqa əsaslanır.
7. Təlim-tərbiyə üsullarından biri (ümumi söhbət yox,) konkret məsələnin açıqlanmasıdır.
8. Yaranış sirlərini anlamaq üçün düşüncə və təlimə ehtiyac var.