Yunus surəsi - Ayə: 13

Məkkəvi Quran-ı Kərim
Yunus surəsi - Ayə: 13
Doğrudan da Biz sizdən öncə müxtəlif əsrlərdə bir-birinin ardınca gələn millətləri zülm edərkən və peyğəmbərlərinin onlara aydın dəlillər gətirmələrinə baxmayaraq iman gətirmək niyyətində olmadıqları zaman həlak etdik. Biz günahkarlar dəstəsini belə cəzalandırırıq.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yunus surəsi 13. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 13 MÖHSÜN QƏRAƏTİ.

"Həqiqətən, Biz sizdən əvvəlki ümmətləri zülmlərinə görə həlak etdik. (Çünki) peyğəmbərləri onlara möcüzə gətirdi, amma onlar inanmadılar. Biz bu sayaq günahkar qövmü cəzalandırırıq.”

     

    Nöqtələr
    "Qərn” sözünün cəm forması olan "qurun” sözü eyni bir əsr və dövrdə yaşayan xalqa deyilir.
    Bildirişlər
    1. Zülm-sitəm millətlərin süqutuna zəmin yaradır.
    2. Yalnız höccət tamamlandıqdan, dəlillər başa çatdıqdan sonra ilahi cəza gəlir.
    3. Yalnız iman və islahına ümid olmayan zalımlar həlak edilirlər.
    4. İbrət götürülməsi üçün tarixlə yanaşı tarix fəlsəfəsi də bəyan olunmalıdır. Keçmiş qövmlərin həlak olması tarix, bu hadisənin zülm və günah kimi səbəbləri isə tarix fəlsəfəsidir.
    5. İlahi sünnələr hamıya və hər dövrə aiddir.
    Müəllif: MÖHSÜN QƏRAƏTİ.