Yunus surəsi - Ayə: 30

Məkkəvi Quran-ı Kərim
Yunus surəsi - Ayə: 30
Hər bir kəs (dünyada) qabağa göndərdiyi əməli həmin gün və orada yoxlayacaqdır (onun dəyərinin və əvəzinin miqdarından xəbərdar olacaqdır) və hamı Allaha – özünün həqiqi mövla və başçısına tərəf qaytarılacaqdır (Cənnətə və ya Cəhənnəmə yollanacaqdır). Və yalandan uydurduqları (yalandan Allahın şəriki hesab etdikləri) şey onlar(ın yanın)dan yoxa çıxacaqdır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yunus surəsi 30. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 30 MÖHSÜN QƏRAƏTİ.

"Orada hər kəs öncədən göndərdiyinə (onun cəzasına) düçar olar və həqiqi hamisinə doğru qaytarılar. İftira və yalan olaraq Allah saydıqları şeylər onların gözləri qarşısındaca məhv olar.”
Bildirişlər
1. Dünyəvi sınaqların nəticəsi qiyamət günü əldə olunar.
2. Qiyamət hesabı hamı üçündür.
3. Varlığın qaynağı Odur və işin sonu Ona doğrudur.
4. Həqiqi mövla Allahdır və Ondan qeyriləri puçdur.
5. Qiyamətdə yalançı məbudların görüntüləri məhv olacaq.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.