Yunus surəsi - Ayə: 37

Məkkəvi Quran-ı Kərim
Yunus surəsi - Ayə: 37
Bu Qur’an Allahdan qeyrisi tərəfindən bir uydurma və yalan deyildir və (onun belə olması bir qayda olaraq və ağıl baxımından da qeyri-mümkündür) lakin özündən əvvəlkilərin (Tövrat və İncilin) təsdiq(ləyicis)i və hər bir (səmavi) kitabın şərhi və ətraflı izahıdır. Onda heç bir şəkk-şübhə yoxdur və aləmlərin Rəbbi tərəfindəndir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yunus surəsi 37. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 37 MÖHSÜN QƏRAƏTİ.

"Belə deyil ki, bu Quran Allahdan qeyrisi tərəfindən və yalan olaraq düzəldilsin. O əvvəlki səmavi kitabların təsdiqi və izahıdır. Onun aləmlərin Rəbbi tərəfindən olmasında heç bir şəkk-şübhə yoxdur.”
Bildirişlər
1. Quranın əhatəsi və mahiyyəti yol vermir ki, o, Allahdan qeyrisinə aid edilsin.
2. Səmavi kitablar bir-birlərini təsdiqləyir. Bu kitabların fərqi onların əhatə və mahiyyətindədir.
3. Quran təkamül və tərbiyə vasitəsidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.