Yunus surəsi - Ayə: 32

Məkkəvi Quran-ı Kərim
Yunus surəsi - Ayə: 32
Odur ki, sizin həqiqi Rəbbiniz həmin Allahdır. Və həqiqətdən sonra zəlalətdən başqa nə vardır? Belə isə, necə və haraya döndərilirsiniz?!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yunus surəsi 32. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 32 MÖHSÜN QƏRAƏTİ.

"Belə bir (qadir və vahid) Allah, həqiqətən, sizin Rəbbinizdir. Haqdan sonra azğınlıqdan başqa nə var? Bəs necə olur ki, (haqdan) qaytarılırsınız?!”
Bildirişlər
1. Hakim, ruzi verən, xəlq edən, idarə edən Allah olan yerdə digər bir yaradana macal yoxdur.
2. Allahdan qeyrisinin rübubiyyətinə etiqad puçdur, azğınlıqdır.
3. Haqla batil arasında üçüncü bir yol yoxdur. Haqq olmayan şey batildir. Bu məsələdə bitərəf yoxdur.
4. İnsan haqpərəst bir fitrətə malikdir. Şeytanlar, digər xülyalar və amillər onu azğınlığa çəkir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.