Ən-Nisa surəsi - Ayə: 1

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 1
Ey insanlar, Rəbbinizdən qorxun. O Allah(dan) ki, sizi bir candan (ilk möcüzəvi varlıq kimi torpaq və gildən yaratdığı adam, insan və bəşər adlı canlıdan) yaratdı, onun cinsindən (həmin cür möcüzəvi şəkildə) zövcəsini yaratdı (və onların arasında ər-arvadlıq nikahı bərqərar etdi) və o ikisindən (onların birinci nəslində ilkin şəriət qanunlarına müvafiq olaraq və ya naçarlıqdan bacı ilə qardaşın evlənməsi və ya qızlar üçün Cənnət oğlanları, oğlanlar üçün isə Cənnət qızları nazil etmək yolu ilə) çoxlu kişi və qadın (törədib) yaydı. Adı ilə bir-birinizdən bir şey istədiyiniz Allahdan və qohumlar(la əlaqəni kəsməkdən və bağlılıq tellərini qırmaq)dan qorxun. Həqiqətən, Allah daim sizə nəzarət edir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 1. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 1 MÖHSÜN QƏRAƏTİ.

"Ey xalq! Rəbbinizdən qorxun ki, sizi bir təndən yaratdı, zövcəsini də ondan xəlq etdi və onların ikisindən çoxlu kişilər və qadınlar törətdi. (Ona and içməklə) bir-birinizdən istədiyiniz Allahdan çəkinin və qohumlarınıza münasibətdə təqvalı olun. Allah sizdən daim muğayatdır.”
Nöqtələr
Əmirəl-möminin Əli (ə) buyurmuşdur: "Təkcə salam verməklə olsa da sileye-rəhim edin (qohumları yoxlayın)” sonra həzrət həmin bu ayəni tilavət etmişdir.("Kafi”, c. 2, səh. 150. )
Bildirişlər
1. Ailə ilə bağlı bu surə təqva tövsiyəsi ilə başlayır. Yəni ailə bünövrəsi təqvadan ibarətdir və onu gözləmək lazımdır.
2. İnsanın həm yaranışı, həm də tərbiyəsi Allahın əlindədir. Demək, elə Ona da itaət edib Ondan çəkinmək lazımdır.
3. Bütün insanlar bir kökdəndir. Ona görə də bəşəriyyəti irqlərə, millətlərə, dillərə və sair əlamətlərinə görə üstün saymaq qadağandır.
4. Qadın və kişi yaranışda birdir. Cinsiyyət baxımından kişi və qadın arasında üstünlük yoxdur.
5. Bütün bəşəriyyət bir atadan və bir anadan törənmişdir.
Adəm övladlarının izdivacı haqqında iki növ rəvayət var. Bir qrup rəvayətdə Adəm övladlarının bir-birləri ilə ailə qurduğu bildirilir. Digər rəvayətlərdə isə Adəm övladlarının Adəmdən əvvəlki insan nəsli ilə izdivac etdiyi bəyan olunur.
6. Tərbiyəvi məsələlərdə təkrarın öz yeri var.
7. Ailə və qohumların hüquqlarına riayət təqva şərtidir. İmam Baqir (ə) buyurmuşdur: "Peyğəmbər aşiqlərinin yaxınlığı dostluqla təmin olunur.”("Bihar” , c. 23, səh. 257. )
Müəllif: MÖHSÜN QƏRAƏTİ.