Ən-Nisa surəsi - Ayə: 54

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 54
Yoxsa onlar Allahın insanlara (Peyğəmbərə və onun əhli-beytinə) Öz fəzlindən verdiyi şeyə görə paxıllıq edirlər? Həqiqətən, Biz İbrahim ailəsinə kitab və hikmət (peyğəmbərlik, şəriət və əqli maarif) verdik və onlara böyük bir hökümət əta etdik.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 54. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 54 MÖHSÜN QƏRAƏTİ.

"Yoxsa ki, onlar (yəhudilər) xalqa (müsəlmanlara) münasibətdə Allahın Öz fəzlindən onlara verdiyinə görə həsəd aparırlar? Həqiqətən, Biz əvvəllər Ali-İbrahimə səmavi kitab, hikmət və böyük səltənət verdik. (Bəs nə üçün indi Ali-Mühəmmədə (s) verməyək?)
Nöqtələr
Əvvəlki ayədə yəhudilərin xəsisliyinə işarə olundu. Bu ayədə isə onların həsədçilliyindən danışılır. Həsəd xəsislikdən də pisdir. Çünki xəsis adam malını bağışlamır, həsədçil insan isə başqasının verdiyi hədiyyəyə görə də narahat olur.
Yəhudilər başqalarından daha əvvəl ilahi lütf və nemətə çatdıqları halda nə üçün başqalarına nemət və qüdrət verilməsindən narahat olurlar? Nə üçün Ali-İbrahimə verilənlər Ali-Mühəmmədə (s) və Bəni-Haşimə verilməsin? Həzrət Əli (ə) rəvayətlərində buyurmuşdur: "Həsədə tuş gələnlər bizik.”("Kafi”, c. 1, səh. 186. )
İmam Sadiqdən (ə) nəql olunmuş hədisdə oxuyuruq: "Kitab” dedikdə nübüvvət, "hikmət” dedikdə düşüncə və mühakimə, "mulkən əzim” dedikdə isə xalqın itaəti başa düşülür.”("Kafi”, c. 1, səh. 306. ) İmam Baqir (ə) "Mulkən əzim” təbiri haqqında buyurmuşdur: "Məqsəd budur ki, Allah onların arasında həqiqi imamlar qərar vermişdir.("Kafi”, c. 1, səh. 306. ) Həzrət Əlidən (ə) nəql olunmuş digər bir hədisdə oxuyuruq: "Ali-İbrahim dedikdə biz peyğəmbər Əhli-beyti nəzərdə tutulmuşdur.”("Bihar” , c. 28, səh. 275. )
Bildirişlər
1. Həsədçil insan Allahın iradəsinə qarşı çıxır.
2. Bütün nemət və bəhrələrin mənşəsi Allahın fəzlidir. Başqalarından nemətin alınmasını istəyincə, Allahdan Onun fəzlini arzulayın.
3. Kitab əhlinin müşriklərə üz tutması, onların müsəlmanların tövhidindən üstün bilməsi onların həsədçilliyindən doğur. Əvvəlki ayədə yəhudilər müşriklərə "daha doğru yoldasınız” deyirdilərsə, bu ayədə onların həsəd etməkləri bəyan olunur.
4. Bütün lütflər Allah tərəfindəndir. ("Atina” sözü üç dəfə təkrarlanmışdır.)
5. İlahi hakimiyyət elə insanların əlində olmalıdır ki, hakimiyyətdə olmadıqları vaxtda mənəvi, elmi məqama və dərin baxışa malik olmuşlar. Ayədə kitab və hikmət səltənətdən qabaq zikr olunmuşdur. (Bəli, mənəvi nemətlər maddi nemətlərdən öndə gəlir.)
Müəllif: MÖHSÜN QƏRAƏTİ.