Hud surəsi - Ayə: 60
Hud surəsi 60. Ayənin Təfsirləri
NUR TƏFSİRİ: Hud surəsi / ayə 60 MÖHSÜN QƏRAƏTİ.
“Bu dünyada və Qiyamət günündə lə`nət onların sorağındadır. Bilin ki,
Ad qövmü öz Rəbbini inkar etdi. Agah olun ki, Ada, Hud qövmünə lə`nət
olsun.”
Nöqtələr
◘Bu surənin 50-60-cı ayələri Ad qövmünə aiddir. Bu qövm ərəb əsillidir və
ərəb yarımadasında sakin olmuşlar. Hazırkı Tövratda onların adı çəkilir. “Qəmər”,
“Haqqə”, “Ə`raf”, “Səcdə”, “Şuəra” surələrində Ad qövmü rəşadətli, ucaboylu,
abad və inkişaf etmiş şəhərlərə malik xalq kimi tanıtdırılır. E`tiqad baxımından bu
qövm bütpərəst olmuş, zalım hakimlərə itaət etmişdir. Həzrət Hud onları
allahpərəstlik və tövhidə də`vət etdi. Amma onlar peyğəmbərin də`vətini qəbul
etməyib Allahın qəhr-qəzəbinə uğradılar və iti və yandırıcı külək vasitəsi ilə məhv
olub getdilər.
Ad qövmü iki qrupdan ibarət olmuşdur: birinci Ad və ikinci Ad. İkinci Ad
qövmü həzrət İsa Məsihdən yeddi yüz il öncə Hicazdakı Əhqaf məntəqəsində, ya
da Yəməndə məskunlaşmışdı.
Bildirişlər
1. İlahi ayələrə arxa çevirib, Allahın peyğəmbərlərinə itaətsizlik göstərən və
zalım hakimlərə tabe olanlar Allahın rəhmətindən uzaqdırlar.
2. Dünyada bədnamlıq ilahi cəzalardan biridir.
3. “Zalımlara ölüm” Qur`an şüarlarındandır.