Əl-Fatihə surəsi - Ayə: 4

Məkkəvi Quran-ı Kərim
Əl-Fatihə surəsi - Ayə: 4
Cəza gününün sahib və hökmdarına.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Fatihə surəsi 4. Ayənin Təfsirləri

NUR TƏFSİRİ : Fatihə surəsi 4 ci ayə MÖHSÜN QƏRAƏTİ.

"Cəza gününün malikidir.”

Nöqtələr

Allahın malikliyi həqiqidir. Bu malikliyin əhatəsi və səltənəti var. Etibari malikiyyətdə isə gerçək səltənət yoxdur və malikin səltənəti məhduddur.
Allah hər şeyə hər zaman həqiqi malik olsa da, Onun malikiyyəti qiyamətdə başqa bir cilvə alır.
–Həmin gün bütün vasitələr və səbəblər gücdən düşür.("Bəqərə”, 166. )
–Bütün yaxınlıq və qohumluq əlaqələri qırılır.("Mo`minun”, 101)
–Var-dövlətdən, övladlardan səmərə olmur.("Şuəra, 88. )
–Ən yaxın adamlar da faydasız olur.("Mumtəhinə”, 3.  )
–Dil üzr istəyə bilmir, düşüncə tədbir tökməkdə aciz olur. Yeganə çıxış yolu həmin gün ixtiyar sahibi olan Allahın lütfüdür.
"Din” sözü müxtəlif mənalarda işlədilmişdir:
a) Səmavi qanunlar məcmusu("Ali-İmran”, 19.  )
b) Əməl və itaət("Zümər”, 3.  )
v) Hesab və cəza("Həmd”.  )
"Yəvmud-din” sözü Quranda mükafat və cəza günü olan qiyamət gününə işarədir. Quranda oxuyuruq: "Soruşarlar ki, qiyamət günü nə vaxtdır?”("Zariat”, 12. )Quran bu günü belə tanıtdırır: "Ey peyğəmbər (s), bilmirsənmi din günü hansı gündür? Elə bir gün ki, kimsə kimsənin karına gəlməz. Həmin gün hökm yalnız Allaha məxsusdur.”(İnfitar”, 18, 19. )
"Maliki yəvmid-din” xəbərdarlıq və qorxutma növüdür. Amma bu cümlə ilə yanaşı "ər-rəhmanir-rəhim” cümləsinin işlədilməsindən aydın olur ki, müjdə və qorxutma yanaşı olmalıdır. Necə ki, digər bir şərif ayədə buyurulur: "Ya Məhəmməd, bəndələrimə xəbər ver ki, Mən həqiqətən bağışlayan və rəhm edənəm. Eyni zamanda əzabım da çox şiddətli bir əzabdır.”("Hicr”, 49, 50. ) Digər bir ayədə isə belə buyurulur: "Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi isə böyük olan Allah...”("Ğafir”, 3. )
Quranın ilk surəsində Allahın malik (hakim, ixtiyar sahibi) olmasından danışılır: "Maliki yəvmud-din”. Quran yenə də həmin məsələyə toxunmaqla başa çatır: "Məlikin-nas, "yəni xalqın maliki, ixtiyar sahibidir("Nas”, 2. )

 

Bildirişlər.


1. Allah müxtəlif baxımlardan ibadətə layiqdir. Biz Ona həmd-səna etməliyik. Onun
zatındakı və sifətlərindəki kamilliklərə görə, ehsan və tərbiyəsinə görə, rəhm və lütfünə olan
ümid və intizara görə, qüdrət və heybətinə görə ibadət etmək zəruridir.
2. Qiyamət Onun Rəbb olmasının bir parıltısıdır.
3. Qiyamət Allah mərhəmətindən bir cilvədir. 

Müəllif: MÖHSÜN QƏRAƏTİ.