Həmd və sitayiş aləmlərin (mələklər, insanlar, cinlər, heyvanlar və cansız əşyalar aləminin) idarə edəni, yaradaraq nəzmə salanı və mütləq hökmdarı olan Allaha məxsusdur.
Həmd və sitayiş aləmlərin (mələklər, insanlar, cinlər, heyvanlar və cansız əşyalar aləminin) idarə edəni, yaradaraq nəzmə salanı və mütləq hökmdarı olan Allaha məxsusdur.
“Həmd aləmlərin rəbbi olan Allaha məxsusdur.”
◘“Bir şeyin həm sahibi, həm də tərbiyəçisi olan varlıq “Rəbb” adlanır. Varlıq aləminin
həqiqi sahibi isə Allahdır. O bu aləmi yaratmış və həmin bu aləmlə bağlı tədbirlərini davam
etdirməkdədir. Demək, bütün varlıq aləmi təkamül yolundadır. O, Allahın müəyyənləşdirdiyi
yola hidayət olunur, istiqamətləndirilir.
◘“Həmd” surəsindən əlavə daha dörd surə (“Ənam”, “Kəhf”, “Səba”, “Fatir”)
“əlhəmdulillah” cümləsi ilə başlayır. Amma yalnız “həmd” surəsində "əlhəmdulillah"
kəlməsindən sonra “rəbbil aləmin” ifadəsi işlədilmişdir.
◘“Həmd” dedikdə mədh və şükür nəzərdə tutulur. İnsan kamillik və gözəllik qarşısında
sitayiş edir, başqalarının xidmət və ehsanına görə təşəkkürünü bildirir. Allah-təala öz kamal və
camalı, ehsan və nemətləri ilə sitayiş və şükrə daha layiqdir.
◘“Əlhəmdulillah” Allaha ən üstün təşəkkür formasıdır. İstənilən bir yerdə, istənilən bir
dildə, istənilən şəkildə kamillik və gözəlliyə sitayiş edən insan əslində həmin kamillik və
gözəlliyin mənbəsinə sitayiş edir. Əlbəttə, Allahın əmri ilə, Allah yolunda Onun məxluquna
təşəkkür Allaha təşəkkürə zidd deyildir.
◘Allah bütün yaranmışların inkişaf və tərbiyə yolunu müəyyənləşdirmişdir: “Rəbbimiz hər
şeyə vücud neməti vermiş və sonra kamal yoluna hidayət etmişdir.” O, bal arısına hansı
otlardan şirə çəkməyi, qarışqaya qış üçün azuqə toplamağı öyrətmişdir. İnsan orqanizmi
ehtiyac duyduğu qanı yaratmaq istedadına malikdir. Belə bir Allah, əlbəttə ki, həmd-sənaya
layiqdir.
◘Allah bütün yaranmışların xaliqidir: “O hər şeyin Rəbbidir.” Göylərdə, yerdə, göylə yer
arasında olanların xaliqi Odur: Göylərin, yerin və onların arasında olanların xaliqi Odur.”
Həzrət Əli (ə) buyurur: “O, cansızların və canlıların Rəbbidir.” Başqa bir yerdə oxuyuruq:
“Yaradan da, idarə edən də odur. O hər şeyin Rəbbidir.”
◘“Aləmin” dedikdə yalnız insanlar nəzərdə tutula bilər. Necə ki, Lutun qövmü həzrət Luta
dedi : “Məgər biz sənə xalqla (aləmlə) görüşü qadağan etməmişikmi?” Amma “aləmin”
dedikdə bütün varlıq aləmi də nəzərdə tutula bilər. “Aləm” yaranmışlar mənasında, “aləmin”
bütün yaranmışlar mənasında işlədilmişdir. Ayədən belə anlaşılır ki, bütün varlıq aləminin bir
yaradıcısı var. Cahiliyyət dövründə və bəzi millətlərdə hər bir hadisənin öz Allahının olması
etiqadı batil inancdır.
Bildirişlər
1. Bütün sitayişlər Onun üçündür. (“Əlhəmdulillah”)
2. Allah varlığın tərbiyə və inkişafında məcburiyyətə əl atmır. Ona görə də həmd məcburi
olmayan işlər üçündür.
3. Bütün varlıq və ondakı tədbirlər gözəldir. Ona görə də həmd gözəllik və yaxşılıq üçündür.
4. Bizim sitayiş dəlilimiz Onun Rəbb olmasıdır. (“əlhəmdulillahi rəbbil-aləmin”)
5. Allahın Öz məxluqları ilə rabitəsi daimi və sıx rabitədir. (Rəssam və memar öz işini görüb
gedir. Mürəbbi isə daim nəzarət etməlidir.)
6. Bütün varlıq aləmi bir Allahın tərbiyəsi altındadır. (“Rəbbul-aləmin”)
7. Bütün mövcudlarda inkişaf və tərbiyə istedadı vardır.
8. Allah insanları peyğəmbərlərin göstərişləri ilə (təşrii tərbiyə), digər canlı və cansız aləmi
isə bilavasitə (təkvini tərbiyə) tərbiyə edir.
9. Möminlər Quranın başlanğıcında Allah dərgahına üz tutaraq deyirlər: “Əlhəmdu lillahi
rəbbil-aləmin.” İşin sonunda behiştdə isə bu şüarı verirlər: “Həmd olsun aləmlərin rəbbi olan
Allaha.”