Əl-Fatihə surəsi - Ayə: 3

Məkkəvi Quran-ı Kərim

(Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) rəhmli və mehriban Allaha.

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Fatihə surəsi 3. Ayənin Təfsirləri

NUR TƏFSİRİ : Fatihə surəsi 3 ci ayə MÖHSÜN QƏRAƏTİ.

“Bağışlayan və mehribandır.”


Nöqtələr
“Rəhman” sözü rəhmət və onun genişliyinin mübaliğəli, şiddətli ifadəsidir. Quranda
“Rəhman” və “Rəhim” kimi iki sifətin işlədilməsindən aydın olur ki, Allah bütün məxluqata
qarşı rəhman, insana və vəzifəli mövcudlara qarşı isə rəhimdir.
Allah rəhməti özü üçün vacib saymışdır: "Rəbbiniz Özü Özünə rəhimli olmağı yazmışdır."

Allahın rəhməti, hər şeyi əhatə edir: “Mərhəməti hər şeyi əhatə etmişdir.” Allahın peyğəmbəri
də, kitabı da Onun rəhmətindəndir." Səni də (Ya Məhəmməd) aləmlərə ancaq bir rəhmət olaraq
göndərdik”. Allahın xəlq etməsi və tərbiyəsi Onun rəhmətinə əsaslanır. Onun cəzası da lütf
üzündəndir. Günahların bağışlanması, bəndələrin tövbəsinin qəbul edilməsi, onların eyblərinin
örtülməsi, günahları aradan qaldırmaq üçün fürsət verilməsi Allahın rəhmət və mehribanlıq
təzahürləridir.


Bildirişlər
1.İlahi tədbir və tərbiyə məhəbbət və rəhmətlə müşayiət olunur. (“Rəbb” sözü ilə yanaşı
“Rəhman” sözü işlədilir) “Rəbbul” aləmin, ər-rəhmanir-rəhim”
2. Doğrudan da, təlim rəhm və mehribanlığa ehtiyaclıdır: “Rəhman (rəhimli olan) Quranı
öyrətdi.” Tərbiyə və təzkiyə (paklama) da rəhm və mehribanlığa əsaslanmalıdır.
3. Allahın rəhmaniyyəti ona sitayiş dəlilidir.