Əl-Ənam ‏ surəsi - Ayə: 7

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 7
Əgər sənə kağız səhifə üzərində bir yazı nazil etsək və onlar öz əlləri ilə ona toxunsalar belə, kafirlər yenə də «bu, aşkar sehrdən başqa bir şey deyildir» deyəcəklər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 7. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 7 MÖHSÜN QƏRAƏTİ.

 

"Əgər sənə kağız üzərində bir yazı göndərərdiksə, ona öz əlləri ilə toxunardılarsa, yenə də (daim bəhanə axtaran inadkar kafirlər) deyərdilər: "Bu, aşkar cadudan başqa bir şey deyildir.”

     

    Nöqtələr
    Müşriklərdən bir qrupu deyirdi: "Biz yalnız mələklər vasitəsi ilə kağız üzərində yazı nazil edilsə, ona iman gətirərik.” Amma onlar yalan deyirdilər və bəhanə axtarırdılar.
    "Qirtas” üzərində yazı yazılan şeydir. Bu həm kağız, həm ağac, həm dəri, həm də daş ola bilər. Dövrümüzdə isə yalnız kağıza «qirtas» deyilir.
    Bildirişlər
    1. İnadkarlıq olan yerdə bütün dəlillər faydasızdır. İnadkarlar hətta toxunub hiss etdiklərini belə inkar edirlər.
    2. Müşriklərin peyğəmbərlərə münasibətdə ən məşhur ittihamları onları cadugər adlandırmaları idi.
    Müəllif: MÖHSÜN QƏRAƏTİ.