Əl-Bəqərə surəsi - Ayə: 91

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 91
Onlara «Allahın nazil etdiyinə (Qur’ana) iman gətirin» deyildikdə, «biz özümüzə göndərilənə (Tövrata) iman gətiririk» deyərlər. Ondan (Tövratdan) sonrakına kafir olurlar, halbuki o, haqq və əllərindəkinin təsdiq edənidir. De: «Əgər sizin (Tövrata) imanınız varsa, bəs nə üçün bundan əvvəl (bütün tarixiniz boyunca) Allahın peyğəmbərlərini öldürürdünüz?!»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 91. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 91 MÖHSÜN QƏRAƏTİ.

"Onlara "Allahın nazil etdiyinə iman gətirin." deyə əmr olunduqda deyərlər: "Biz yalnız o şeyə iman gətirərik ki, özümüzə nazil olsun..." Bundan qeyrisinə kafir olarlar. Hansı ki, o (Quran) haqdır və onların Tövratdan bildiklərini təsdiq edir. De ki, əgər mömin idinizsə, nə üçün bundan qabaq ilahi peyğəmbərləri qətlə yetirdiniz?!”
Bildirişlər
1. İslam peyğəmbərinə bütün ümmətləri İslama dəvət etmək əmr olunmuşdu.
2. Kafirlərin küfr dəlillərindən biri irqçilik, millət və qövm təəssübüdür.
3. İman ölçüsü irq və millət yox, ayinlərin haqq olmasıdır.
4. Quran başdan-başa həqiqətdir.
5. Peyğəmbər dövründəki yəhudilər öz babalarının rəftarı ilə razı olduqlarından, peyğəmbərlərin öldürülməsini Allah onlara da aid etmişdir.
6. Yalançı rüsvaydır.
(Əgər Bəni-İsraildən olan peyğəmbərə iman gətirmişdilərsə, nə üçün həmin qövmdən olan Yəhya və Zəkəriyyanı şəhid etdilər?! Bəli, onların rəftarı imansızlıqlarının nişanəsi idi.)
Müəllif: MÖHSÜN QƏRAƏTİ.