36. فَأَزَلَّهُمَا الشَّيْطَانُ عَنْهَا فَأَخْرَجَهُمَا مِمَّا كَانَا فِيهِ وَقُلْنَا اهْبِطُواْ بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ وَلَكُمْ فِي الأَرْضِ مُسْتَقَرٌّ وَمَتَاعٌ إِلَى حِينٍ
"Beləcə şeytan o iki nəfəri büdrədib, nemətlər içində olduqları yerdən uzaqlaşdırdı. Biz də dedik: "Bir-birinizə düşmən kəsilərək buradan kənar olub, yer üzünə enin. Yerdə sizin üçün müəyyən vaxta qədər sığınacaq və yaşayış vasitələri var”.
Əvvəlcə haqqında danışdığımız ("İnni cailun fil-ərzi xəlifətən”) ayəsindən məlum olur ki, Adəmin yaranışında əsas məqsəd onun yer üzündə yaşayışı olmuşdur. Amma yer üzündə yaşayış üçün bəzi hazırlıqlar olmalı idi. Adəm bilməli idi ki:
1. Mütləq azad deyil. Onun həyatında əmr və qadağa, vəzifə mövcuddur.
2. İblis onun düşmənidir və öz andları, yalan vədləri ilə onu aldadasıdır.
3. Şeytana itaət süqut amilidir.
4. Tövbə səhvləri aradan qaldırmaq vasitəsidir.
İmam Riza (ə) buyurmuşdur: "Adəmin büdrəmə macərası, o, peyğəmbərlik məqamına çatmamış baş vermişdi. Bununla belə, onun büdrəməsi bağışlanılması kiçik bir səhv idi.”(Bax: "Ə`raf”, 21. )
Şeytan Adəmi büdrətmək üçün bütün psixoloji və təbliğati üsullardan istifadə etdi. O cümlədən:
a) Adəm və Həvva üçün and içdi(Bax: "Ə`raf”, 21.).
b) Xeyirxahlıq libası geyib dedi: "Mən sizin xeyirxahınızam(Bax: "Taha”, 120. )
v) Onlara əbədilik vəd etdi və dedi ki, əgər bundan yesəniz, həyatınız və hakimiyyətiniz əbədi olacaq.("Ə`raf”, 20. )
q) Yalan danışdı və haqqın zatına böhtan atdı. Bildirdi ki, Allah sizin mələk olmağınızdan və əbədi yaşayacağınızdan qorxduğu üçün belə qadağan qoyub.("Təfsiri-dürrül-mənsur”, c. 1, s. 60.)
1. Böyüklər üçün də şeytan təhlükəlidir. O, Adəm və Həvvanın sorağına gəldi. ("Fəəzəlləhuma”)
2. Şeytan bəşər nəslinin qədim düşmənidir. Çünki ilk yaranış günündən ata-anamızın görüşünə getdi. ("Fəəzəlləhuma”)
3. İnsan öz-özlüyündə xətaya yol verən və şübhəyə düşəndir. ("Fəəzəlləhuməşşəytan”)
4. Hər bir insan öz istedad və ləyaqətlərinə görə behiştlikdir. Amma yol verdiyi azğınlıqlar onu süquta uğradır. ("Fəəxrəcəhuma”)
5. Allaha itaətəsizliyin, İblisin vəsvəsələrinin acı aqibətindən ibrət götürün. Şeytanın nüfuzu altına düşmək ilahi məqamlardan xaric olmaq və məhrumiyyətdir. ("Fəəzəlləhuməşşəytan... fəəxrəcəhuma”)
6. Dünya həyatı müvəqqətidir. ("İla hin”)