"Peyğəmbərləri onlara dedi: "Onun hakimiyyət nişanəsi budur ki, sizə doğru tabut (sandıq) gələcək. Onda Allahınız tərəfindən bir aramlıq, Musa və Harun ailəsindən miras, yadigar var. Bir halda ki, onu mələklər daşıyır. Həqiqətən, bu mövzuda sizin üçün aşkar dəlil var. Əgər imanınız olsa!
Yəhudilərin Talutun başçılığına əmin olması üçün peyğəmbərləri onlara dedi: "Talutun seçimində Allah tərəfindən bir nişanə olması üçün Bəni-İsrailin müqəddəs sandığı onlara qaytarılar.” Ayədə həmin sandıq tabut kimi yad edilmişdir. Bu sandıq Musanın anasının öz körpəsini qoyduğu ağac qutu idi. O, Allahın əmri ilə bu sandığı suya atdı. Fironun məmurları sandığı götürüb, körpə ilə birlikdə onun yanına apardılar. Həmin sandıq hələ də Fironun sarayında qalırdı.
Musa peyğəmbərliyə çatdıqda Tövrat səhifələrini həmin sandıqda yerləşdirdi. Dünyasını dəyişərkən öz zirehini və digər əşyalarını da həmin sandığa qoyub, öz canişini Yuşə ibn Nuna tapşırdı. Bu müqəddəs sandıq əhd sandığı adı ilə məşhur oldu. O, Bəni-İsrailin ixtiyarında idi. Savaş zamanı onu qoşunun önündə aparırdılar. Amma zaman keçdikcə sandığın müqəddəsliyi azaldı. Sandıq oğurlandı və yalnız Talutun hakimliyi zamanında Allah mələklər vasitəsi ilə sandığı onlara qaytardı ki, aramlıq və əminlik səbəbi olsun.("Təfsiri-Dürrül-mənsur”, c. 1, s. 764. )
1. Vasitələrlə də olmuş olsa, aramlığın qaynağı Allahdır.
2. İnsan daim aramlığa ehtiyaclıdır. Xüsusi ilə də cihad meydanına gedən zaman. (Bu ayədə "səkinə” sözü düşüncə aramlığının əhəmiyyət və zəruriliyini göstərir.)
3. İlahi rəhbərdə ilahi nişanə olmalıdır. Talutun Allah tərəfindən seçilməsinin təsdiqi üçün ilahi nişanə olmalı idi.
4. Əgər Musanın bədəni və Tövrat lövhələri ilə təmasda olmuş sandıq və müqəddəs sakitləşdirici idisə, ilahi övliyaların qəbri üzərindəki sandıqları da müqəddəs saymaq Qurana zidd deyil.
5. Peyğəmbərlərin əsərlərinin hifzi dəyərlidir və aramlıq səbəbi, təbərrükdür.