"Bəni-İsrail böyüklərindən olan o dəstəni görmədinmi ki, Musadan sonra öz peyğəmbərlərinə dedilər: "Bizim üçün bir başçı seç, Allah yolunda savaşaq.” O dedi: "Ehtimal edirsinizmi ki, əgər sizə savaş əmri verilsə, (itaətdən çıxıb) cihad etməyəcəksiniz? Dedilər: "Necə olar ki, Allah yolunda savaşmayaq? Bir halda ki, evlərimizdən və övladlarımızdan ayrılmışıq?” Elə ki, onlara savaş əmri verildi, kiçik bir hissəsi istisna olmaqla, boyun qaçırdılar. Allah zalımlardan xəbərdardır.”
"Mələ” sözü heybəti gözləri və sinələri tutmuş böyüklər, ağalar mənasını bildirir.
Bəni-İsrail həzrət Musadan sonra qanunu pozmaq, rifah axtarmaq xatirinə yenidən zalım hakimlərin hökmü altına düşdü. Onlar öz azadlıqlarını və torpaqlarını əldən verdilər. Onlar avaralıqdan qurtarmaq və zalım hakimlərin boyunduruğundan xilas olmaq üçün mübarizə qərarına gəldilər. Öz peyğəmbərləri Eşmuyeldən Tağutla mübarizə üçün başçı istədilər. Bütün bu iddialarına baxmayaraq göstəriş verilən zaman əksəri döyüş meydanına arxa çevirib, əmrdən boyun qaçırdı.
1. Müsəlmanlar Bəni-İsrailin tarixinə diqqətlə nəzər salmalı və ibrət götürməlidirlər.
2. İlahi rəhbərin mövcudluğu pərakəndəliyin, avaralığın və zülmə təslimçiliyin qarşısını alır.
3. Bəzi peyğəmbərlərin risaləti xalqın yalnız bir hissəsinə aid olmuşdur.
4. Hərbi komandan səmavi rəhbər tərəfindən seçilməli və təyin olunmalıdır. Demək, din siyasətdən ayrı deyil.
5. Müvəffəqiyyətli savaş üçün layiqli komandan lazımdır.
6. Zalım hakimlərdən xilas olmaq üçün ilahi peyğəmbərlərə sığınmaq lazımdır.
7. İslah təklifi verənlərdən öhdəçilik alınmalıdır.
8. Rəhbər uzaqgörən olmalıdır. O, xalqın öz əhdini sındırması və məsuliyyətdən qaçmasını ehtimal etməlidir.
9. Zülmdən yaxa qurtarmaq və vətənin müdafiəsi üçün aparılan cihad Allah yolunda cihaddır.
10. Çətinliklərin meydana çıxması azadlıq hərəkatı səbəbidir.
11. Mübarizə meydanı iddialı insanların qiymətləndirilmə vasitəsidir.
Xoş olar, işdi məhək aləti gəlsə araya,
Qatqılı üzləri döndərməlidir ol qaraya.
12. Əhdi pozanlar və əməlsiz şüarçılar zalımdırlar.
13. Allah agahdırsa, bir bu qədər pərdələnmə nə üçündür?!