Əl-Bəqərə surəsi - Ayə: 148

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 148
Hər bir dəstənin bir qibləsi vardır ki, (üzlərini) ona tərəf döndərirlər (yəhudilər Beytül-Müqəddəsə, xristianlar şərqə, müsəlmanlar Kə’bəyə). Odur ki, (bu barədə mübahisə etməyin və) xeyir işlər istiqamətində bir-birinizi ötməyə çalışın. Harada olsanız, Allah (əməllərin əvəzini vermək üçün) sizin hamınızı (Məhşər səhnəsinə) gətirəcəkdir. Həqiqətən Allah hər şeyə qadirdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 148. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 148 MÖHSÜN QƏRAƏTİ.

"Hər bir kəs üçün onun üz tutduğu qiblə var. (Buna görə də qiblə cəhətindən mübahisə etməyin və onun yerinə yaxşılıqda və xeyir əməllərdə bir-birinizi ötün. (Bilin) harada olsanız, Allah hamınızı (məhşərdə) hazır edər. Həqiqətən, Allah hər şeyə qadirdir.
Nöqtələr
"Vichətun” sözünün iki mənası var: Qiblə və yol (üsul). Əgər əksər təfsirçilər kimi bu sözü qiblə kimi mənalandırsaq, ayənin mənası tərcümə etdiyimiz kimi olar. Amma əgər həmin sözü "üsul”, "şivə” kimi mənalandırsaq, ayənin mənası belə olar: Hər bir insan və ya dəstə üçün bir yol var ki, həmin yola çəkilmiş olar və hər kəs bir yolu adlayar. Bu məna "İsra” surəsinin 84-cü ayəsinin mənasına oxşayır.
Bəzi təfsirçilər "ayədəki” huvə” əvəzliyinin Allaha aid olduğunu bildirir. Bu halda ayənin mənası belə olur: Hər kəsin Allah tərəfindən təyin olunmuş qibləsi var.
Xeyir işdə önə keçmək onun dəyərini artırır. Quranda xeyir iş müxtəlif formalarda təbir olunmuşdur. Peyğəmbərlərin vəsfində buyurulur: "Onlar yaxşılıqda sürət götürürlər.”("Fəth”, 2. )
Bəzi rəvayətlərdə uyğun ayə haqqında deyilir: "Əsrin imamının (ə) zühuru zamanı aşiqləri dünyanın müxtəlif yerlərindən gəlib onun hüzurunda cəm olacaqlar.”(Bihar”, c. 22, s. 483. )
Bildirişlər
1. Hər bir ümmətin qibləsi olmuşdur və qiblə məsələsi yalnız müsəlmanlara məxsus deyil.
2. Mənasız söhbətləri boşlayın və diqqətinizi xeyir işlərin yerinə yetirilməsinə yönəldin.
3. Maddi işlərdə rəqabət və yarışma əvəzinə, xeyir işlərdə önə keçmək lazımdır.
4. Qiyamət günü Allah hamını bir yerə toplayacaq. Bu, ilahi qüdrətin izhar nümunələrindəndir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.