Əl-Bəqərə surəsi - Ayə: 145

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 145
Şübhəsiz, sən kitab əhli üçün hər nişanə və dəlil gətirsən də onlar sənin qiblənə tabe olmayacaqlar və sən də heç vaxt onların qibləsinə tabe olmayacaqsan. Həmçinin onların bəzisi digərinin qibləsinə tabe olmayacaqdır. Əgər sənə verilmiş o elmdən sonra onların istəklərinə tabe olsan, onda şübhəsiz ki, zalımlardan olacaqsan.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 145. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 145 MÖHSÜN QƏRAƏTİ.

"(Ey peyğəmbər,) Kitab əhli üçün hər cür ayə (nişanə və dəlil) gətirsən, sənin qiblənə itaət etməyəcəklər. Sən də onların qibləsinə tabe deyilsən. (Necə ki onlardan bəziləri digər qibləyə tabe deyildirlər. Sənə elm (vəhy) çatdıqdan sonra onların həvəslərinə itaət etsən, şühbəsiz ki, sitəmkarlardan olacaqsan.”
Nöqtələr
Bu ayə kitab əhlinin inadkarlığı üzərindən pərdəni qaldırır. And içilir ki, onlara nə qədər ayə və dəlil gəlsə, onlar İslama və onun qibləsinə tabe olmayacaqlar. Çünki onlar həqiqəti bilərəkdən qəbul etmirlər.
Quranın peyğəmbərə xəbərdarlıqları övliyalar haqqında yersiz düşüncələrin inkişafının qarşısını almaq məqsədi güdür. Necə ki, başqa dinlərdə xalq İsanı Allahın oğlu, mələkləri isə Allahın qızları bilirdi.
Bildirişlər
1. İnadkarlıq və təəssüb düşüncəyə, məntiqə, haqqı görməyə mane olur. Onlar təkcə İslama münasibətdə təəssüb göstərmirlər. Onlar öz aralarında da inadkar və təəssübkeşdirlər.
2. Müxaliflərin hay-küyü qarşısında təslim olmaq olmaz. Düşməni məyus etmək üçün qətiyyət lazımdır.
3. Yəhudilərin və məsihilərin hər birinin öz qibləsi vardır.
4. Alimlərin azğınlığı çox təhlükəlidir.
5. Doğru yolu tapmaq üçün elm kifayət etmir. Belə bir məqamda haqqı qəbul etmək ruhiyyəsi mühümdür. Yəhudilər kitab sahibi idilər. Amma təəssüb çəkdiklərindən malik olduqları elmdən faydalana bilmirdilər.
6. Xalqın istəkləri əsasında peyğəmbər ilahi qanunları dəyişə bilməz.
7. İslam ayinləri gerçək elm çeşməsindəndir.
8. Nəfs istəklərinə əsaslanmayan, elmi bünövrəyə malik qanunlar qəbul olunmağa və itaətə layiqdir.
9. Qanun hamı üçün birdir. Məsələn peyğəmbər də nəfs istəkləri ardınca getsə cəzalandırılacaq.
10. İlahi qanun olan yerdə xalqın istəklərinə tabeçilik zülmdür.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.