"Sizi qorxu, aclıq, mala və cana zərər, məhsul qıtlığından bir şey ilə imtahan edərik. Səbirlilərə müjdə ver.”
Allah təala bütün insanları imtahana çəkir. Amma bütün sınaqlar eyni olmur. Bütün yer üzü sınaq meydanıdır və bütün insanlar - hətta peyğəmbərlər - imtahandadır. Bilməliyik ki, ilahi imtahanlar şübhələri aradan qaldırmaq üçün yox, istedadların çiçəklənməsi və insanların tərbiyəsi üçündür. Bütün acı və şirin hadisələr, o cümlədən, qorxu, aclıq, cana və mala zərər, məhsul qıtlığı ilahi sınaq vasitələrindəndir. Düşməndən qorxu, iqtisadi mühasirə, savaş və cihad, övladların və əzizlərin cəbhəyə göndərilməsi imtahan nümunələrindəndir.
Düşməndən qorxu sınağından qalib çıxmaq üçün Allaha təvəkkül və Onun zikrinə ehtiyac var. Çətinliklərlə mübarizə səbrə ehtiyaclıdır. Əvvəlki iki ayədə bu yol göstərilmişdir.
Bütün insanların təkbətək sınaqlardan keçirilməsi zəruri deyil. Mümkündür ki:
a) Hərə bir şeylə sınağa çəkilsin;
b) Bir sınaqdan üzüağ çıxan insan o biri sınaqda rüsvay olsun;
v) Bir şəxsin sınağı bir cəmiyyət üçün sınaq ola bilər.
Bəzən məhsul qıtlığı, mala zərər dəyməsi, qorxu yaranması və digər çətinliklər ilahi sınaqlar səbəbindən baş verir. Bəzən isə bu işlər insanların əməllərinə cəza olaraq müəyyənləşdirilir. Bəzən insanlara çətinlik yaradan onların günahları olur. Həzrət Əli (ə) buyurur: "Həqiqətən, Allah Öz bəndələrini onların günahlarına görə məhsul qıtlığı, xeyir qapılarının bağlanması kimi çətinliklərə salır ki, bəlkə insanlar düşünüb tövbə edələr.”("Ali-İmran”, 146. )
Əlbəttə ki, bu tənbehlər də sınaqdır. Necə ki, imana görə nemət verilməsi də sınaq vasitəsi olur. Quranda oxuyuruq: "Onları sınağa çəkmək üçün şirin (dadlı) su içirdik.”("Bəqərə”, 153. )
Allah səbirlilərə bir sıra lütflər etmişdir:
Məhəbbət("Furqan”, 75.); qələbə("Zümər”, 10. ); behişt("Bəqərə”, 155. ); saysız-hesabsız mükafat("Bihar”, c. 45, s. 46. ); müjdə("Məryəm”, 67; "İnsan”, 1.).
İlahi sınaqdan çıxmağın bir neçə yolu var:
a) Səbir və müqavimət;
b) Hadisələrin və çətinliklərin ötəri olmasına diqqət;
v) Keçmişdəki insanların müşkülləri necə adlamasına diqqət.
İmam Hüseyn (ə), qucağındakı körpə övladı oxa tuş gəlib şəhid olduqda, buyurdu: "Bu çətin hadisəni Allah gördüyü üçün mənə asandır.”("Dürrül-Mənsur”, c. 1, s. 377.)
1. Sınaq və imtahan qəti ilahi proqram və qaydadır.
2. Çətinliklər müqavimət və inkişaf səbəbidir. Səbir, riza, təslim, qənaət, zöhd, təqva, helm, fədakarlıq kimi sifətlər çətinliklərlə üzləşmə sayəsindədir.
3. Ayədə nəyin müjdə verildiyi bəyan olunmamışdır. Ona görə də bu müjdə bütün ilahi müjdələri əks etdirir.