Ali-İmran surəsi - Ayə: 167

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 167
Və münafiqləri məlum etməsi üçün! (Elə ki,) onlara «gəlin Allah yolunda vuruşun, ya (öz ərazilərinizi) müdafiə edin!»- deyildi, dedilər: «Əgər biz döyüşməyi bilsəydik, mütləq sizə tabe olardıq!» Onlar həmin gün, imandansa küfrə daha yaxın idilər. Onlar həmişə ağızları ilə qəlblərində olmayan şeyi deyirlər. Allah onların gizlətdiklərini daha yaxşı biləndir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 167. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 167 MÖHSÜN QƏRAƏTİ.

"(Allah istədi ki,) münafiqlərin çöhrəsi məlum olsun.” Gəlin Allah yolunda döyüşün və ya (heç olmasa öz evlərinizi) müdafiə edin” deyənlərə belə cavab verdilər: "Əgər döyüş (yolunu) bilsəydik, hökmən, sizin kimi edərdik.” Onlar həmin gün imana nisbətən, küfrə daha yaxın idilər. Dillərində dedikləri qəlblərində yox idi. Allah onların gizlətdiklərindən agahdır.”
Nöqtələr
Ayədəki "əgər döyüş bilsəydik” ("Ləv nələmu qitalən”) cümləsi üç cür mənalandırılmışdır:
a) Sizin Ühüd üçün şəhərdən xaric olmağınız bərabər döyüş deyil, özünə qəsddir. Ona görə də biz bunu döyüş saymırıq və onda iştirak etmirik.
b) Əgər biz hərb elmini bilsəydik, iştirak edərdik.
v) Biz yəqin bilirik ki, döyüş olmayacaq, ona görə də cəbhədə iştirakı zəruri saymırıq.
Bildirişlər
1. Döyüş meydanı münafiqlərin iç üzünü açır.
2. Rəhbər xalqı düşmənə qarşı səfərbər etməlidir.
3. Cihad bəzən zalım hakimləri hakimiyyətdən uzaqlaşdırmaq üçün ibtidai (ilk addım), bəzən müsəlmanların canını və malını qorumaq üçün müdafiə məqsədi olur.
4. Onların səbəbləri, dərəcələri və dəyərləri fərqli olur.
5. Vətənin və canın müdafiəsi bir dəyərdir.
6. Münafiqlər öz məqsədlərinə don geydirirlər.
7. Cəbhədən boyun qaçırmaq küfr nişanəsidir.
8. İnsanın imanı müxtəlif şərait və zamanlarda fərqli olur.
9. Peyğəmbərin səhabələri arasında ədalətli olmayanlar da var idi.
10. Allah münafiqləri həm hədələyir, həm də ifşa edir.
11. Ühüddə aşkar olan şey nifaqın bir hissəsi idi. Nifaqdan tam şəkildə yalnız Allah xəbərdardır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.