Ali-İmran surəsi - Ayə: 163

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 163
Onlar (möminlər və kafirlər) Allah yanında təbəqələrdir (bu iki dəstənin hər biri digərinə nisbətdə, həmçinin hər bir dəstə də öz fərdlərinə nisbətdə dərəcələrə bölünmüşdür) və Allah onların etdiklərini görəndir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 163. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 163 MÖHSÜN QƏRAƏTİ.

"Onlar Allah yanında dərəcələrdirlər. Allah onların etdiyi işləri görəndir.”
Nöqtələr
Bu ayənin nüzul şəni haqqında deyilir ki, həzrət Peyğəmbər (s) Ühüdə doğru hərəkət göstərişi verdiyi vaxt münafiqlər müxtəlif bəhanələrlə Mədinədə qaldılar. Bir qrup zəif imanlı müsəlman da onlara qoşulub cəbhəyə getmədi.
155-ci ayədə oxuduq ki, Allah cəbhədən qaçıb sonradan peşman olanları bağışlayır. Bu ayədə isə buyurulur: Bəhanəçi rahattələblər və münafiqlər bağışlanmaz.
Quranın bir çox ayələrində möminlərin dərəcələri haqqında danışılır.("Ənfal”. 4; "Taha”, 75. )Bu ayədə isə möminlərin özü dərəcə kimi tanıtdırılır. Necə ki, pak insanlar əvvəlcə Əli ibn Əbi-Talib (ə) kimi hərəkət edir, sonradan özləri ölçü olurlar. Əvvəlcə hansısa mehvər ətrafında dolanır, sonradan özləri xalq mehvəri olurlar.
Bildirişlər
1. Həqiqi mücahidlərin məqsədi ilahi razılığı əldə etməkdir. Onları qələbə, qənimət, şan-şöhrət maraqlandırmır.
2. İslam cəmiyyətində mücahidlərlə rahatlıq axtaranlara eyni gözlə baxılmamalıdır.
3. Cəbhədən qaçmaq Allahın qəzəbinə üz tutmaqdır.
4. Müsəlman üçün yeganə əməl meyarı Allahın razılığı və ya qəzəbi olmalıdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.