Ali-İmran surəsi - Ayə: 172

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 172
(Ühüd döyüşündən və) yaralandıqdan sonra (Qüreyş qoşununu təqib etmək üçün) Allahın və Onun peyğəmbərinin çağırışını qəbul etmiş kəslər-onların yaxşılıq edib təqvalı olanları üçün böyük bir mükafat vardır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 172. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 172 MÖHSÜN QƏRAƏTİ.

"Yaralanmalarına baxmayaraq, Allahın və Onun rəsulunun (döyüş haqqında) dəvətini qəbul edənlər içərisindən gözəl əməl sahibi olanların və təqvalıların böyük mükafatı var.”
Nöqtələr
Qüreyş kafirləri Ühüddə qalib gəldikdən sonra Məkkəyə qayıtdılar. Yarıyolda ağıllarına gəldi ki, yenidən Mədinəyə qayıdıb qalan müsəlmanları da qılıncdan keçirsinlər və İslamın işini bitirsinlər. Bu xəbər həzrət Peyğəmbərə (s) çatdı. Peyğəmbər səfərbərlik keçirdi və buyurdu: "Ühüddə iştirak edənlər yola düşsün.” Müsəlmanlar hazır oldular. Müsəlmanların ümumi səfərbərliyindən xəbərdar olan Əbu-Süfyan Ühüd qələbəsinin şirinliyinin zəhərə çevriləcəyindən qorxub yenidən Məkkəyə döndü.
Tarixdə oxumuşuq ki, Ühüd döyüşündə Həzrət Əli (ə) 60-dan çox yara almışdı. Amma o bir an olsun belə, peyğəmbəri tək buraxmamışdı. "Təfsire-Kənzul-dəqaiq”də bildirilir ki, bu ayə Həzrət Əli (ə) və başqa doqquz nəfər haqqında nazil olmuşdur.
Bildirişlər
1. Həqiqi möminlər ən çətin şəraitlərdə də İslamdan üz döndərmirlər.
2. Yaralıların cəbhədə iştirakı sağlamların ruhiyyəsini gücləndirir, onları təşviq edir.
3. Peyğəmbərə itaət, Allaha itaət kimidir.
4. Yaralıların cəhbədə iştirakı onların İslam məktəbi, İslam rəhbəri və islami məqsədlərə olan vəfadarlıq, eşq və mərifətlərinin nişanəsidir.
5. Bəzən müharibə şəraiti elə olur ki, hətta yaralılar da cəbhədə iştirak etməli olur.
6. Bir əməl çətinləşdikcə onun dəyəri də artır.
7. Cəbhədə iştirak və yaralanma təqva ilə müşayiət olunmasa dəyərsizdir.
8. Peyğəmbərin bəzi səhabələrinin cəbhədə iştirak etmələrinə baxmayaraq sağlam fikir və təqvadan uzaq idilər.
9. Əsil mücahiddə bəzi xüsusiyyətlər olmalıdır. O, döyüşməkdən yorulmamalı, gözəl əməl əhli olmalı, Allahın və Onun rəsulunun göstərişlərinə qarşı çıxmamalıdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.