Ali-İmran surəsi - Ayə: 165

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 165
Sizə bir müsibət üz verən zaman (Ühüd müharibəsində yetmiş nəfəriniz öldürülərkən) - ki, əlbəttə, onun iki qatını siz (onlara) vurmuşdunuz (Bədr müharibəsində onlardan yetmiş nəfəri öldürüb, yetmiş nəfərini əsir götürmüşdünüz) - «bu müsibət necə və haradandır?» deyirsiniz?! De: «Bu sizin öz tərəfinizdəndir (çünki bu müharibədə Peyğəmbərin əmrindən çıxdınız).» Həqiqətən Allah hər bir şeyə qadirdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 165. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 165 MÖHSÜN QƏRAƏTİ.

"Sizə bir müsibət üz verdikdə ki, düşmən onun iki qat artığına düçar oldu, (yenədəmi) dediniz ki, bu müsibət haradandır? De ki, bu, özünüzdəndir. Şübhəsiz, Allah hər bir işə qadirdir.”
Nöqtələr
Ühüddə yetmiş şəhid verib məğlub olan müsəlmanlar peyğəmbərdən soruşurdular ki, nə üçün məğlub olmuşuq? Allah Öz peyğəmbərinə xitabla buyurdu ki, onlara de: Siz ötən il düşmənə bundan iki qat artıq zərbə vurdunuz. Onlardan yetmişini öldürüb, yetmişini əsir götürdünüz. Bu ilki məğlubiyyətinizin səbəbi isə təfriqə, süstlük, rəhbərliyə itaətsizliyiniz oldu.
Bildirişlər
1. Mühakimə yürüdərkən həm uğurları, həm də uğursuzluqları nəzərə alın. Təkcə Ühüddəki məğlubiyyəti yox, həm də Bədrdəki qələbəni yada salın.
2. Məğlubiyyət amillərini araşdırdıqda ilk öncə batininizə, ruhunuza və düşüncənizə aid amilləri nəzərdən keçirin. Yalnız bundan sonra başqa səbəbləri araşdırmaq olar.
3. Allah hər şeyə qadirdir. Amma biz zəruri şərtlərin ödənməsinə və nemətdən faydalanma şəraitinə layiq olmalıyıq.
4. Elə zənn etməyin ki, qələbə üçün yalnız müsəlman olmaq kifayətdir. Uğursuzluğa görə «nə üçün» ,«niyə» - deyə soruşmayın. İmandan əlavə əqidə əsaslarına, hərbi qanunlara və ilahi qaydalara riayət etmək lazımdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.