Ali-İmran surəsi - Ayə: 157

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 157
Əgər Allah yolunda öldürülsəniz, yaxud ölsəniz, şübhəsiz ki, Allah tərəfindən olan bağışlanmaq və rəhmət onların yığdıqlarından (dünya sərvətindən) daha yaxşıdır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 157. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 157 MÖHSÜN QƏRAƏTİ.

"Əgər Allah yolunda öldürülsəniz və ya ölsəniz (ziyan etməmisiniz, çünki) Allahın bağışlaması və rəhməti (ömür boyu) topladıqlarınızdan daha yaxşıdır.”
Nöqtələr
Allah iki nöqtəni bəyan etməklə münafiqlərin əvvəlki ayədə haqqında danışılan süstləşdirici şayiələrinə cavab verir:
a) Ölüm və həyat Allahın əlindədir. Cəbhəyə getmək uzun ömrü qısaltmır.
b) Allah yolunda qədəm götürən insan ölsə də, şəhid olsa da xeyir tapmışdır. Çünki o öz ömrünü verib Allahın bağışlama və rəhmətini almışdır. Demək, heç nə uduzulmamışdır.
Hər kəs cəbhəyə, təhsil almağa, həccə və ziyarətə, təbliğə və digər müqəddəs hədəflər ardınca gedərkən dünyasını dəyişsə, Allahın rəhmət və bağışlamasını əldə edər.
Bildirişlər
1. İlahi dünyagörüşündə Allah yolunda ölüm və şəhadət bütün dünya və onda olanlardan üstündür.
2. Əsas məsələ Allah yolunda olmaqdır. Bu yolun şəhadət və ya ölümlə başa çatmasının fərqi yoxdur.
3. Əvvəlcə bağışlanmaq, sonra ilahi rəhməti əldə etmək lazımdır. Ayədə bağışlanma sözü rəhmət sözündən əvvəl gəlmişdir.
4. Bağışlanma və rəhmətin nəticəsi əbədidir. Dünya malının ömrü isə müvəqqəti olur.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.