"(Ey peyğəmbər,) kafirlərə vəd etdiyimiz bəzi qəhr və cəzanı ya sənə göstərərik, ya da səni dünyadan apararıq. (Səndən sonra cəzaya çatarlar.) Onların dönüşü Bizə doğrudur. Allah onların sonrakı işlərinə şahiddir.”
Bəzi kafirlər Bədr, Hüneyn, Əhzab döyüşlərində və Məkkənin fəthində cəzalandırıldılar. Həzrət Peyğəmbər (s) dünyasını dəyişəndən sonra da Allah istədiyini cəzalandırır.
Müşriklərin cəzalandırılmasının təxiri Peyğəmbərdə (s) nigarançılıq yaratmışdı, bundan əlavə, müşriklər "vəd olunmuş əzab haradadır?” deyə bəhanə gətirirdilər. (Bu barədə növbəti iki ayədə danışılacaq.)
Bu ayə Peyğəmbərə (s) və xalqa təsəlli üçün əzabın təxirə salınmasının səbəbini bəyan edir. Bildirilir ki, hamı Allaha doğru qayıdasıdır. Allah müşriklərin əməllərindən agahdır, belə isə gətirdikləri bəhanələr onları məmnun etməsin.
Həzrət Əli (ə) buyurmuşdur: "Gizlində də Allaha itaətsizlikdən çəkinin. Çünki şahid özü hakimdir.”
1. İstər indi, istərsə də başqa vaxtlarda Allah kafirlərlə hesab çəkib onları cəzalandırır. İlahi cəzanın təxirə salınması müsəlmanları narahat etməməlidir.
2. Həzrət Peyğəmbərin (s) vəfatı Allahın kafirlər haqqındakı hökmünə təsir göstərmir.
3. Hamı Allaha doğru qayıdasıdır. Kimsə Allahın ədalət mühakiməsindən canını qurtara bilməz.
4. Allah əməllərimizə şahiddir.