Ət-Tövbə surəsi - Ayə: 124

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 124
Bir surə nazil olan zaman, onlardan (münafiqlərdən) bəzisi (istehza ilə) deyərlər: «Bu surə sizdən hansınızın imanını artırdı?». (De:) «İman gətirənlərə gəlincə, onların imanını artırdı və onlar (yeni səmavi töhfə aldıqlarına görə) sevinirlər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 124. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 124 MÖHSÜN QƏRAƏTİ.

"Bir surə nazil olduqda münafiqlərdən bəziləri deyir: "Bu surə sizlərin hansı birinizin imanını artırdı?” Amma iman gətirənlərin imanı artar və onlar müjdə alarlar.”
Bildirişlər
1. Quran nazil olan zaman istehza və mənfi münasibət nifaq nişanəsidir.
2. Münafiqlər öz sualları ilə mənfi ruhiyyələrini başqalarına sirayət etdirirlər.
3. Möminlər münafiqlərin sual və şübhələrini cavablandırmağa hazır olmalıdırlar.
4. İmanın mərtəbələri var. O artıb-azala bilər, necə ki, nifaq genişlənə bilir.
5. Quran mömini münafiqdən seçmək üçün yaxşı vasitədir.
6. Quran ayələrini eşidərkən ruhun şadlanması imanın təkamül nişanəsidir.
7. Quran iman əhlinə müjdə qaynağıdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.