Əl-Bəqərə surəsi - Ayə: 157

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 157
Onlar Rəbbi tərəfindən salamlar və rəhmət yetişən kəslərdir və onlardır hidayət olunmuşlar!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 157. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 157 MÖHSÜN QƏRAƏTİ.

"Onlar üçün onların Rəbbi tərəfindən salam və rəhmətlər var və onlardır hidayət yetişənlər.”
Nöqtələr
"Salavat” sözü nemət və mərhəmətə daxil olmaq mənası verən kökdəndir.("Təfsiri-Məcməül-bəyan”. )
Allah çətinlikləri səbir və müqavimətlə qarşılayan möminlərə Öü salam göndərir. Amma rifah içində yaşayıb zəkat ödəyən möminlərə peyğəmbərin salam göndərməsini göstəriş verir.("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 145. )
Bildirişlər
1.Allah səbir əhlini Öz xüsusi rəhmətinə qərq edir.
2. Səbirlilərin Allah tərəfindən təşviq olunması bizə öyrədir ki, isar, səbir və mücahidə əhlinin cəmiyyətdə xüsusi kəramət və ehtiramı olmalıdır.
3. Təşviq rübubiyyət şəni və tərbiyə zərurətidir.
4. Səbir əhlinin hidayət edilməsi qəti və aşkardır. Quranda bir çox insanların hidayəti sadəcə arzu olunsa da, səbir əhlinin hidayəti qəti bəyan olunur.
5. Hidayətin mərhələləri vardır. "İnna lillahi və inna iləyhi raciun” deyənlər mömin və hidayət edilmiş olsalar da, səbir və Allahın salamından sonra daha üstün mərhələlərə nail olurlar.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.