«Sizi palçıqdan yaradan, sonra da bir əcəl müəyyən edən Odur. Qəti əcəl Onun yanındadır. Siz yenə də şübhə edirsiniz!» Hədis: .İmam Sadiq (ə)-yuxarıda qeyd olunan ayənin təfsirində buyurmuşdur- «Naməlum (adsız) əcəl asılı və şərti haldadır, Allahın istəyi ilə tez və gec ola bilir. Amma məlum (adı olan) əcəl Allahın Qədr gecəsindən gələn ilin Qədr gecəsinə kimi qəzavü-qədər olaraq müəyyənləşdirdiyi əcəldir və Allah onun barəsində buyurmuşdur:«Onların əcəli gəlib çatdıqda bircə saat belə nə yubanar, nə də qabağa keçərlər.»