"Əcəl" mövzusunda 7 hədis
Təmizlə
İmam Əli (ə):«Ömürlər sədəqə verməklə uzanır.»
«Sizi palçıqdan yaradan, sonra da bir əcəl müəyyən edən Odur. Qəti əcəl Onun yanındadır. Siz yenə də şübhə edirsiniz!»
Hədis: .İmam Sadiq (ə)-yuxarıda qeyd olunan ayənin təfsirində buyurmuşdur- «Naməlum (adsız) əcəl asılı və şərti haldadır, Allahın istəyi ilə tez və gec ola bilir. Amma məlum (adı olan) əcəl Allahın Qədr gecəsindən gələn ilin Qədr gecəsinə kimi qəzavü-qədər olaraq müəyyənləşdirdiyi əcəldir və Allah onun barəsində buyurmuşdur:«Onların əcəli gəlib çatdıqda bircə saat belə nə yubanar, nə də qabağa keçərlər.»
İmam Əli (ə):«Allah hər bir şey üçün ölçü və hər bir ölçü üçün əcəl və son qoyub.»
İmam Əli (ə):« Hər bir şeyin müddəti və sonu vardır.»
İmam Əli (ə):«Əcəl möhkəm qaladır.»
İmam Əli (ə):«Əcəlin gözətçiliyi kifayətdir.»
İmam Əli (ə):«(Allah) əcəlləri (ömrün müddətini) təqdir edib,
müəyyənləşdirib. Bəzilərini uzun və Bəzilərini qısa edib və bir qismini arxaya
atıb və bir qismini qabağa salıb. Onların amillərini ölümə bağlayıb (əcəlin sona
çatmasının səbəblərini hazırlayıb).»
müəyyənləşdirib. Bəzilərini uzun və Bəzilərini qısa edib və bir qismini arxaya
atıb və bir qismini qabağa salıb. Onların amillərini ölümə bağlayıb (əcəlin sona
çatmasının səbəblərini hazırlayıb).»