Əl-Maidə surəsi - Ayə: 38

Məkkəvi Quran-ı Kərim
Əl-Maidə surəsi - Ayə: 38
(Ey İslam hakimləri,) oğru kişi və oğru qadının əlini (baş barmaqlarını çıxmaqla sağ əllərinin dörd barmaqlarını) etdikləri işin müqabilində Allah tərəfindən müəyyənləşdirilmiş bir cəza olaraq kəsin. Allah yenilməz qüdrət və (yaradılış və şəriətdə) hikmət sahibidir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Maidə surəsi 38. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 38 MÖHSÜN QƏRAƏTİ.

"Kişi və qadın oğrunun gördükləri işə görə əllərini kəsin. Bu, Allah tərəfindən bir cəzadır və Allah iqtidar və hikmət sahibidir.”
Nöqtələr
"Nəkal” çəkindirən iş mənasını bildirir. İslamın cəza qanunları insanları günahdan çəkindirmək üçündür. Bu qanunlarda intiqam məqsədi yoxdur. "Nəkal” elə bir cəzadır ki, başqalarının ibrət götürməsinə səbəb olur. 
Bu ayədə əvvəlcə oğru kişi, sonra oğru qadın zikr olunur. "Nur” surəsinin 2-ci ayəsində isə zina hökmündən danışılarkən əvvəlcə zinakar qadın, sonra zinakar kişi yada salınır. Bəlkə də bu ardıcıllığın səbəbi oğurluqda kişinin, zinada qadının daha çox rol oynamasıdır.
Min il öncənin alimlərindən olmuş mərhum Seyyid Mürtəza Ələmül-Hüdadan soruşdular: "Nə üçün şəriətdə beş yüz misqal qızıl diyəsi (dəyəri) olan əl dörddə bir misqal oğurluğa görə kəsilir?” Alim belə cavab verir: "Əmanət əlin qiymətini qaldırır, xəyanət isə bu qiyməti aşağı salır.”
Rəvayətlərə əsasən, oğrunun yalnız dörd barmağı kəsilə bilər. Baş barmaq və ovuc qalmalıdır. Oğrunun əli yalnız ən azı dörddə bir dinar (dörddə bir misqal qızıl) oğurlandığı zaman kəsilə bilər. Eləcə də oğurlanmış mal qorunan bir yerdə olmalıdır. Karvansara, hamam, məscid kimi ümumi məkanlardakı oğurluğa görə əl kəsilmir. Eləcə də, oğru oğurluğa görə əlin kəsilməsi qanunundan xəbərdar olmalıdır. Qəhətlik dövründə zora düşüb oğruluq edən insanın əli kəsilmir. Əlbəttə ki, oğrunun əli kəsilməyən bütün hallarda başqa cəzalar nəzərə tutulur. Bu mövzuda fiqh kitablarından ətraflı məlumat almaq olar. 
İslam Peyğəmbəri (s) namazda oğurluğu, yəni onun rüku və səcdələrinin naqis yerinə yetirilməsini ən pis oğurluq saymışdır. 
Bütün bu hökmlərin icrası üçün hökumətə, qüdrətə, nizama və təşkilata ehtiyac var. Bəli, İslam hökumət və siyasət dinidir.
İslam əlin kəsilməsindən daha çox çalışmağın əhəmiyyəti və zəruriliyi, beytül-mal və digər yollarla yoxsulların maddi ehtiyaclarının təmini haqqında danışır. Amma hər hansı çətinlik yoxsul şəxs üçün oğurluğa bəhanə ola bilməz. 
Dünyanın məhkəmə sistemi yalnız həbs və cərimələrlə kifayətləndiyindən oğurluqla mübarizədə acizdir.
Əlin kəsilməsi oğru üçün daimi bir xəbərdarlıq və başqaları üçün ibrətdir.
Bildirişlər
1. Oğru qadınla oğru kişinin cəzası eynidir.
2. Cəmiyyətin əmin-amanlığını qəti şəkildə qorumaq lazımdır.
3. Cərimə və ağır cəza oğurluğun qarşısını alan amillərdəndir.
4. İslamın cəza qanunlarında günahkarların tənbeh olunmasından əlavə başqalarının ibrət götürməsi də nəzərdə tutulur.
5. İlahi cəzaların icrasında mərhəmət hisslərinin təsiri altına düşmək olmaz.
6. Oğrunun əlinin kəsilməsi hakimin işi olsa da, Allah bütün möminlərə xitab edir. Bu xitabdan aydın olur ki, ilahi hədlərin icrası üçün zəmin hazırlığında onlar fəal olmalıdır.
7. Şəxsi mülkiyyət və ictimai əmin-amanlıq o qədər möhtərəmdir ki, ona xatir oğrunun əli kəsilməlidir.
8. Güc fəaliyyətləri hesablı olmalıdır.
9. Oğrunun əlinin kəsilməsi Allahın qüdrət cilvələrindəndir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.