İmam Əli (ə):«Dünya qurtaran, axirət isə əbədidir.»
İmam Əli (ə):«Öz əbədi evini abadlaşdıran kəs ağıllıdır.»
Axirət işlərinin əzəməti.
Quran:
«Bir gör onların birini digərindən necə üstün etdik. Axirətdə dərəcə və üstünlüklər daha yüksək və ucadır.»
Hədis:
.İmam Əli (ə):«Dünyanın hər bir şeyini eşitmək görməyindən böyükdür. Axirətin isə hər bir şeyini görmək eşitməyindən böyükdür. Odur ki, axirəti görməyin yerinə, gözlərə görünməyən, qeyb pərdəsi arxasında olanları müşahidə etmək əvəzinə, elə eşitməklə və (peyğəmbərlərin vasitəsi ilə) xəbərdar olmaqla kifayətlənin.»
İmam Əli (ə):«Həqiqətən dünya səndən ayrılandır, axirət isə sənə yaxındır.»
İmam Əli (ə): «Axirətdən möhkəm yapış ki, dünya sənə kiçik gəlsin.»
Qur’an ayəsi: «Biz axirət qazancını istəyənin qazancını artırır, dünya mənfəətini istəyənə də ondan veririk. Onun axirətdə heç bir payı yoxdur.» Əraf surəsi ayə 24.
Hədis: .İmam Əli (ə):«Dünya bədbəxtlərin arzusu, axirət isə xoşbəxtlərin qurtuluş və uğurudur.»
İmam Sadiq (ə):«İnsanlar öz ömürlərindən çox öz yaxşılıq və ehsanları ilə yaşayırlar. Həmçinin əcəllərinin çatmasından çox günahlarının nəticəsində ölürlər.»
İmam Əli (ə):«Ömürlər sədəqə verməklə uzanır.»
«Sizi palçıqdan yaradan, sonra da bir əcəl müəyyən edən Odur. Qəti əcəl Onun yanındadır. Siz yenə də şübhə edirsiniz!»
Hədis: .İmam Sadiq (ə)-yuxarıda qeyd olunan ayənin təfsirində buyurmuşdur- «Naməlum (adsız) əcəl asılı və şərti haldadır, Allahın istəyi ilə tez və gec ola bilir. Amma məlum (adı olan) əcəl Allahın Qədr gecəsindən gələn ilin Qədr gecəsinə kimi qəzavü-qədər olaraq müəyyənləşdirdiyi əcəldir və Allah onun barəsində buyurmuşdur:«Onların əcəli gəlib çatdıqda bircə saat belə nə yubanar, nə də qabağa keçərlər.»
İmam Əli (ə):«Allah hər bir şey üçün ölçü və hər bir ölçü üçün əcəl və son qoyub.»
Məsxərə səfehlərin əyləncəsidir, cahillərin sənətidir.
İmam Hadi əleyhissalam.
İmam Əli (ə):« Hər bir şeyin müddəti və sonu vardır.»
İmam Əli (ə):«Əcəl möhkəm qaladır.»
İmam Əli (ə):«Əcəlin gözətçiliyi kifayətdir.»
İmam Əli (ə):«Allahın Peyğəmbəri (s) muzdu təyin edilməmişdən qabaq
fəhlə işlətməyi qadağan edib.»
fəhlə işlətməyi qadağan edib.»