Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
29 açar söz
Axtarış nəticələri:
"Əl" üzrə
4804 ayə tapıldı.
(1081 - 1100 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əl-Ənfal surəsi Tapıldı
Ayə 43
(Xatırla) o zaman(ı) ki, Allah onları yuxunda sənə az göstərirdi (ki, öz qövmünə belə xəbər verəsən). Əgər onları sənə çox göstərsəydi, mütləq süst olar və qorxar, döyüş işində bir-birinizlə ixtilaf və çəkişməyə düçar olardınız. Lakin Allah (sizi ixtilafdan) salamat saxladı. Həqiqətən O, ürəklərdə olanı (sizin niyyətlərinizi) biləndir.
Əl-Ənfal surəsi Tapıldı
Ayə 44
Və (xatırla) o zaman(ı) ki, onlarla üz-üzə gəldiyiniz vaxt, Allah (öz əzəli elmi və mütləq iradəsi əsasında) olacaq işi gerçəkləşdirməsi üçün (ilk baxışda) onları sizin gözlərinizdə az göstərir və sizi onların gözlərində azaldırdı (hərçənd, döyüş əsnasında iş əksinə oldu. Ali-İmran surəsinin 12-ci ayəsinə müraciət edin). Bütün işlər (və varlıq aləminin bütün hadisələri nəticələrin səbəblərə qayıtması qanununa uyğun olaraq, mütləq səbəb olan) Allaha qayıdır.
Əl-Ənfal surəsi Tapıldı
Ayə 45
Ey iman gətirənlər, (düşmən ordusundan olan) bir dəstə ilə qarşılaşarkən möhkəm durun və Allahı (dildə və qəlbdə) çox zikr edin, bəlkə nicat tapdınız.
Əl-Ənfal surəsi Tapıldı
Ayə 46
Allaha və Onun Peyğəmbərinə (vacib əmrlərində) itaət edin və bir-birinizlə çəkişməyin və mübahisə etməyin ki, süstləşərək qorxaqlaşar və ağalıq və hökmranlığınız aradan gedər, sizə (bir daha) qələbə yeli əsməz. Səbr edin ki, həqiqətən Allah səbrlilərlədir.
Əl-Ənfal surəsi Tapıldı
Ayə 47
Öz evlərindən nemətdən sərxoş halda və özlərini camaata göstərmək üçün çıxan və (insanları) Allahın yolundan saxlayan kəslər (Əbu Cəhlin Bədrə tərəf gedən qoşunu) kimi olmayın. Allah (qüdrət və elm baxımından) onların etdiklərini əhatə etmişdir.
Əl-Ənfal surəsi Tapıldı
Ayə 48
Və (xatırla) o zaman(ı) ki, Şeytan onların gözlərində (batil) əməllərini zinətləndirdi və «bu gün insanlardan sizə qalib gələcək bir kimsə yoxdur və mən sizə pənah verənəm» dedi. Beləliklə, iki dəstə bir-birlərini gördükləri zaman o, dabanları üstə geriyə döndü və dedi: «Mən sizdən uzağam (mənim sizin əməllərinizə heç bir qarışacağım yoxdur), mən sizin görmədiyiniz şeyi (mələklərin nazil olmalarını və kömək etmələrini) görürəm. Həqiqətən, mən Allahdan qorxuram və Allah şiddətli cəza verəndir».
Əl-Ənfal surəsi Tapıldı
Ayə 49
O zaman münafiqlər və qəlblərində xəstəlik (küfr və şəkk xəstəliyi) olanlar «bunları (Bədrə gedən İslam ordusunu) dinləri aldatmışdır!» deyirdilər, halbuki, kim Allaha təvəkkül etsə, şübhəsiz (qalibdir, çünki) Allah yenilməz qüdrət və hikmət sahibidir.
Əl-Ənfal surəsi Tapıldı
Ayə 50
Əgər mələklərin kafirlərin canlarını aldıqları zamanı görsən (belə bir səhnənin şahidi olarsan ki, alovlu qamçı ilə) onların üz və arxalarına vururlar və «dadın yandırıcı əzabı!» (deyirlər).
Əl-Ənfal surəsi Tapıldı
Ayə 51
Bu (əzablar) özünüzün qabaqcadan göndərdiyiniz şeylərin cəzasıdır, yoxsa Allah bəndələrə əsla zülm edən deyildir.
Əl-Ənfal surəsi Tapıldı
Ayə 52
(Bu müşriklərin hərəkətləri) Firon ailəsinin və onlardan qabaqkıların rəftarı kimidir ki: onlar Allahın ayə və nişanələrinə kafir oldular, Allah da onları günahlarına görə cəzalandırdı. Həqiqətən Allah çox qüvvətli və şiddətli cəza verəndir.
Əl-Ənfal surəsi Tapıldı
Ayə 53
(Müşriklər üçün olan) bu (əzablar), ona görədir ki: Allah (Öz ənənəvi qanunlarına əsasən) bir qövmə verdiyi neməti onlar özlərində olanı (saleh halları) dəyişməyincə dəyişdirmir (onlardan almır). (Məkkə əhalisinin rifah halı İslamdan sonra pisliyə və çətinliyə doğru dəyişdi, çünki onlar öz adi hallarını Peyğəmbərlə mübarizə və inad etmək istiqamətində dəyişdirdilər.) Şübhəsiz, Allah eşidən və biləndir.
Əl-Ənfal surəsi Tapıldı
Ayə 54
(Bunların davranışları) Firon ailəsinin və onlardan əvvəlkilərin rəftarı kimi(dir). Onlar özlərinin Rəbbinin ayələrini təkzib etdilər, Biz də onları günahlarının cəzası olaraq həlak etdik və Firon ailəsini batırdıq. Onların hamısı zalım idilər.
Əl-Ənfal surəsi Tapıldı
Ayə 55
Şübhəsiz, Allah yanında (Onun əzəli elmində və Lövhi-Məhfuzunda) canlıların ən pisi kafir olub daha iman gətirməyən kəslərdir.
Əl-Ənfal surəsi Tapıldı
Ayə 56
O kəslər ki, onların bəziləri ilə əhd-peyman bağladın, sonra onlar hər dəfə öz peymanlarını pozur və (Allahdan və peymanı pozmaqdan) çəkinmir və qorxmurlar.
Əl-Ənfal surəsi Tapıldı
Ayə 57
Odur ki, əgər döyüşdə onları ələ keçirsən, onlarla (onlara ağır cəza verməklə), arxalarınca gedənləri qovub dağıt bəlkə ibrət alsınlar (və döyüş fikrinə düşməsinlər).
Əl-Ənfal surəsi Tapıldı
Ayə 58
Əgər (əhd-peymanınız olan) bir dəstənin xəyanətindən və əhd-peymanı pozmasından qorxsan, onda sən də (əhd-peymanını pozmağı) bərabərlik və ədalət əsasında onlara tərəf at (və elan etməmiş öz əhd-peymanını pozma) ki, həqiqətən Allah xainləri sevmir.
Əl-Ənfal surəsi Tapıldı
Ayə 59
Kafirlər əsla irəli keçmiş olduqlarını (Bizim səltənətimizdən xaric olduqlarını) zənn etməsinlər. Şübhəsiz, onlar Bizi aciz edə bilməzlər (Bizim əzabımızdan qaçıb qurtula bilməzlər).
Əl-Ənfal surəsi Tapıldı
Ayə 60
Vasitəsiylə Allahın düşmənini, öz düşməninizi və onlardan qeyri – sizin tanımadığınız və Allahın tanıdığı – digər düşmənləri qorxutmaq üçün onların müqabilində bacardığınız qədər qüvvə (insan qüvvəsi, müasir silahlar və döyüş xərcləri) və bağlanmış və bəslənmiş atlar (münasib minik vasitələri) tədarük görün. Allah yoluna hər nə xərcləsəniz, (Qiyamət günü) o, kamil surətdə sizə veriləcəkdir və sizə əsla zülm edilməyəcəkdir (haqqınızdan kəsilməyəcəkdir).
Əl-Ənfal surəsi Tapıldı
Ayə 61
Əgər onlar sülh və barışığa meyl göstərsələr, sən də ona meyl et və Allaha təvəkkül et ki, şübhəsiz, Odur eşidən və bilən!
Əl-Ənfal surəsi Tapıldı
Ayə 62
Əgər (sülh və barışıqda, yaxud başqa bir məsələdə) səni aldatmaq istəsələr, şübhəsiz sənə Allah kifayət edər. Səni Öz (qeyb) köməyi və möminlərin vasitəsilə qüvvətləndirən Odur.