Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl" üzrə 4804 ayə tapıldı. (1021 - 1040 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əl-Əraf surəsi Tapıldı

Ayə 189
Sizin hər birinizi bir candan (atanızdan) yaradan və yanında rahatlıq tapması üçün zövcəsini də onun cinsindən edən Odur. Beləliklə elə ki, zövcəsi ilə yaxınlıq etdi, o, yüngül bir yüklə yükləndi və bir müddəti (hamiləlik dövrünün əvvəlini) o yüklə keçirdi. Elə ki, yükü ağırlaşdı hər ikisi Allahı - öz Rəbblərini çağırdılar ki: «Əgər bizə saleh (sağlam və həyat sürməyə qadir) bir övlad əta etsən, mütləq şükr edənlərdən olacağıq».

Əl-Əraf surəsi Tapıldı

Ayə 190
Beləliklə, elə ki, (Allah) o ikisinə (sağlam və) saleh bir övlad əta etdi, onlara verdiyi şey barəsində Ona şərik qoşdular. (Əgər onlar bu işdə bütləri də təsirli bilsələr zahiri şirkə, yox əgər səbəblərə arxalanaraq əsas səbəbkarı yaddan çıxarsalar gizli şirkə düçar oldular. Bu iki ayə cəmiyyətin əksəriyyətinin halını şərh edir ki, onlar ya zahiri şirkə, ya da gizli şirkə düçardırlar.) Allah Ona şərik qoşulan şeydən çox-çox ucadır.

Əl-Əraf surəsi Tapıldı

Ayə 191
Onlar heç bir şey yaratmayan (bir şeyi yoxdan var etmək və mövcuda ruh vermək qüdrəti olmayan) və özləri yaradıl(mış ol)an varlıqları (Allaha) şərik qoşurlar? (Bu ayə və sonrakı ayələr bütpərəstlərin şiddətli tənqidi və bütlərin tamamilə acizliyinin bəyanı barəsindədir.)

Əl-Əraf surəsi Tapıldı

Ayə 192
(Həmin bütlər) nə onlara bir yardım göstərə bilir və nə də özlərinə bir kömək edə bilirlər.

Əl-Əraf surəsi Tapıldı

Ayə 193
Əgər onları doğru yola dəvət etsəniz, sizə tabe olmazlar. Sizin üçün onları dəvət etməyiniz və ya susmağınız birdir (çünki onlardan bir nəticə əldə etməyəcəksiniz).

Əl-Əraf surəsi Tapıldı

Ayə 194
Həqiqətən sizin Allahın yerinə çağırdıqlarınız (bütlər, ulduzlar və mələklər) sizin kimi bəndələrdir. Odur ki, əgər doğruçusunuzsa, onları çağırın, sizə cavab versinlər.

Əl-Əraf surəsi Tapıldı

Ayə 195
Məgər onların ayaqları var ki, onunla yol getsinlər, yaxud əlləri var ki, onunla tutsunlar və ya gözləri var ki, onun vasitəsi ilə görsünlər, yaxud da qulaqları var ki, onunla eşitsinlər? De: «Allaha qoşduğunuz şərikləri çağırın, sonra mənə qarşı olan bütün hiylə və planlarınızı işə salın və mənə möhlət verməyin».

Əl-Əraf surəsi Tapıldı

Ayə 196
«Şübhəsiz, mənim başçı və köməkçim bu kitabı nazil edən Allahdır. Odur saleh (bəndə)lərə başçılıq və yardım edən!».

Əl-Əraf surəsi Tapıldı

Ayə 197
«Allahın yerinə çağırdıqlarınız nə sizə bir yardım göstərə bilər və nə də özlərinə (xeyir gətirmək və ya bir zərəri dəf etməklə) bir kömək edə bilərlər».

Əl-Əraf surəsi Tapıldı

Ayə 198
Əgər onları doğru yola dəvət etsəniz eşitməzlər. (Ey Peyğəmbər,) onları (müşrikləri) sənə baxan görürsən, lakin onlar (əslində) görmürlər.

Əl-Əraf surəsi Tapıldı

Ayə 199
Əfv və güzəşt yolunu tut, yaxşı işlər görməyi əmr et və nadanlardan üz döndər (cihad hökmü gəlməyincə döyüşə başlama).

Əl-Əraf surəsi Tapıldı

Ayə 200
Əgər Şeytan tərəfindən təhrikedici bir vəsvəsə səni təhrik etsə, Allaha pənah apar, çünki O, eşidən və biləndir.

Əl-Əraf surəsi Tapıldı

Ayə 201
Şübhəsiz, təqvalı olanlara Şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir Şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar.

Əl-Əraf surəsi Tapıldı

Ayə 202
(Müşriklərə gəldikdə isə,) qardaşları (şeytanlar) onları daim azğınlığa çəkər, sonra isə (onları yoldan çıxarmaqda) əllərindən gələni edərlər.

Əl-Əraf surəsi Tapıldı

Ayə 203
(Vəhyin gəlməsi bir müddət təxirə düşən zaman və) onlara bir ayə və nişanə gətirməyəndə «nə üçün (özündən) bir ayə və nişanə düzəldib gətirmirsən?» deyərlər. De: «Həqiqətən mən yalnız Rəbbimdən mənə gələn vəhyə tabe oluram. Bu (Qur’an) Rəbbiniz tərəfindən ayıqlıq ёmənbələridir və iman gətirən bir dəstə üçün başdan-başa hidayət və rəhmətdir».

Əl-Əraf surəsi Tapıldı

Ayə 204
Qur’an oxunan zaman ona qulaq asın və susun ki, bəlkə rəhm olundunuz.

Əl-Əraf surəsi Tapıldı

Ayə 205
Səhərlər və axşamlar öz qəlbində yalvarıb-yaxararaq, qorxu ilə və səsini ucaltmadan Rəbbini yada sal və qafillərdən olma.

Əl-Əraf surəsi Tapıldı

Ayə 206
Şübhəsiz, sənin Rəbbinin yanında (mələklər və Allahın övliyaları kimi Onun mənəvi yaxınlığında) olanlar Ona ibadət etməkdən boyun qaçıraraq təkəbbürlük etməz, Onun paklığını yada salar və Ona səcdə edərək özlərini kiçildərlər.

Əl-Ənfal ‏ surəsi Tapıldı

Ayə 1
Səndən «ənfal» (bu ayənin nazil edilməsinə səbəb olan döyüş qənimətləri də nümunələrindən biri olan müxtəlif adlı çoxlu ümumi mallar) barəsində soruşurlar, de: «Ənfal» Allaha və Onun Peyğəmbərinə məxsusdur (onların həqiqi sahibi Allah, şərti sahibi isə Onun nümayəndəsi olaraq Peyğəmbərdir). Odur ki, Allahdan qorxun, aralarınızdakı əlaqələri düzəldin (və «ənfal» üstündə mübahisə və dava-dalaş etməyin) və əgər möminsinizsə, Allaha və Onun Peyğəmbərinə itaət edin».

Əl-Ənfal ‏ surəsi Tapıldı

Ayə 2
Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər.
114 Sürə
6236 Ayə
4804 Tapılan Nəticə
241 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar