Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl" üzrə 4804 ayə tapıldı. (4781 - 4800 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əl-Kovsər surəsi Tapıldı

Ayə 3
Həqiqətən, (sən sonsuz və nəsilsiz deyilsən), sənin düşmənin özü sonsuz və nəsli kəsilmişdir.

Əl-Kafirun surəsi Tapıldı

Ayə 1
(Ya Peyğəmbər!) De: «Ey kafirlər (ey Məkkə müşrikləri və bütpərəstləri),

Əl-Kafirun surəsi Tapıldı

Ayə 2
Mən sizin ibadət etdiyiniz şeyə əsla ibadət etmərəm.

Əl-Kafirun surəsi Tapıldı

Ayə 3
Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz,

Əl-Kafirun surəsi Tapıldı

Ayə 4
Və nə də mən əsla sizin ibadət etdiyinizə ibadət edənəm.

Əl-Kafirun surəsi Tapıldı

Ayə 5
Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz.

Əl-Kafirun surəsi Tapıldı

Ayə 6
Sizin dininiz sizə məxsusdur, mənim dinim də mənə məxsusdur (hələ ki, cihad hökmü gələnədək döyüş tərk olunmuşdur)».

Ən-Nəsr surəsi Tapıldı

Ayə 1
Allahın köməyi və o (böyük) zəfər (Məkkənin fəthi və digər zəfərlər) gəldiyi zaman,

Ən-Nəsr surəsi Tapıldı

Ayə 3
Rəbbinə həmd-səna etməklə bərabər Onu zikr et, etiqad və əməldə Onu pak və nöqsansız bil. Ondan bağışlanmaq dilə. O, həqiqətən, daim nəzər yetirən və tövbələri qəbul edəndir.

Əbu Ləhəb surəsi Tapıldı

Ayə 1
Əbu Ləhəbin hər iki əli kəsilsin, ziyana uğrasın və ölüm olsun ona!

Əbu Ləhəb surəsi Tapıldı

Ayə 2
Əsla onun nə mal-dövləti, nə də əldə etdikləri (Allahın əzabını zərrə qədər də ) ondan uzaqlaşdıra bilməz.

Əbu Ləhəb surəsi Tapıldı

Ayə 3
O, tezliklə alovlu (şöləli) oda girəcək və orada yanacaqdır.

Əbu Ləhəb surəsi Tapıldı

Ayə 5
Onun boynunda xurma lifindən hörülmüş ip olacaqdır. (O, Peyğəmbərin yolunun üstünə iplə tikanlı çöplər daşıdığına və Peyğəmbərin əleyhinə söz gəzdirdiyinə görə Cəhənnəmdə də əməllərin eynilə təcəssüm olaraq «Zəqqum» ağacının odunlarını odlu zəncirlərlə daşıyacaqdır.)

Əl-İxlas surəsi Tapıldı

Ayə 1
(Ya Peyğəmbər!) De: «Həqiqətən, Allah birdir.

Əl-İxlas surəsi Tapıldı

Ayə 2
Allah böyükdür, hacətlər qibləsidir, elə bir zatdır ki, həqiqəti bəsitdir – mürəkkəb deyildir və ehtiyacsızdır.

Əl-İxlas surəsi Tapıldı

Ayə 3
Nə bir kəsi doğmuş və nə bir kəsdən doğulmuşdur (Onun ata və oğul olması mümkün deyil).

Əl-İxlas surəsi Tapıldı

Ayə 4
Və heç bir zaman bir kəs (tanrılıqda, xaliqiyyətdə, rübubiyyətdə, ibadətdə və itaətdə) Ona tay olmamışdır».

Əl-Fələq surəsi Tapıldı

Ayə 1
(Ya Peyğəmbər!) De: «Pənah aparıram sübhün Rəbbinə, (bulaqların və bitkilərin çıxması ilə yarılan yerin, övladların doğulması ilə əmələ gələn qohumluq əlaqələrinin və ölülərin dirilməsi üçün yarılan qəbirlərin Rəbbinə)!

Əl-Fələq surəsi Tapıldı

Ayə 2
Yaratdıqlarının şərindən (şərr sahib olan – şeytanlar, xəbis cinlər və maddi şərlərdən).

Əl-Fələq surəsi Tapıldı

Ayə 3
Və (zülmətə) bürünməkdə olan qaranlıq gecənin şərindən və hücum edən hər hansı bir şər mövcudun şərrindən.
114 Sürə
6236 Ayə
4804 Tapılan Nəticə
241 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar