Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl" üzrə 4804 ayə tapıldı. (3381 - 3400 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əz-Zuxruf ‏ surəsi Tapıldı

Ayə 86
Bunların Allahın yerinə çağırdıqları (bütlər, mələklər və bəzi insanlar Qiyamət günü) – (şəfaət etdiklərinin imanını və şəfaətə layiq olmasını) bilərək haqqa (Allahın birliyinə) şəhadət verən kəslər istisna olmaqla – heç bir şəfaətə (şəfaət hüququna) malik olmayacaqlar.

Əz-Zuxruf ‏ surəsi Tapıldı

Ayə 89
(Ey Peyğəmbər!) Buna görə də onlardan üz döndər və de: «(Sağ-)salam(at)!» (Bu, onların dəvəti qəbul etmələrindən ümidi üzmək və buna görə də dəvəti tərk edərək döyüş üçün fürsət gözləmək mənasındadır.) Tezliklə (Mədinədə hökümət qurulduqdan sonra) biləcəklər.»

Əd-Duxan ‏ surəsi Tapıldı

Ayə 1
Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimlik və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)

Əd-Duxan ‏ surəsi Tapıldı

Ayə 4
Həmin gecə bütün möhkəm işlər (ilin hadisələri, o cümlədən gələn Qədr gecəsinə kimi Qur’anın nazil olması) bir-birindən ayrılır (və icraçı məmurlara çatdırılır).

Əd-Duxan ‏ surəsi Tapıldı

Ayə 5
Bizim tərəfimizdən qaynaqlanan bir iş! Çünki Biz həmişə (mələkləri yaradılış işlərini idarə etmək və peyğəmbərləri şəriət işlərini çatdırmaq üçün) göndərən olmuşuq.

Əd-Duxan ‏ surəsi Tapıldı

Ayə 6
Rəbbinin mərhəmətin(in tələblərin)ə xatir. Çünki (ehtiyacı olanların söz və əməl istəklərini) eşidən və (onların ehtiyaclarını) bilən Odur.

Əd-Duxan ‏ surəsi Tapıldı

Ayə 13
Onlar üçün haradan və necə öyüd-nəsihət ola bilər, halbuki onlara (peyğəmbərliyi) aydın və (həqiqətlərə) aydınlıq gətirən elçi gəlmişdi?!

Əd-Duxan ‏ surəsi Tapıldı

Ayə 14
Sonra onlar üz döndərərək dedilər: «O, (dediyi sözlərdə başqaları tərəfindən) öyrədilmiş və (onları Allaha nisbət verən) dəlidir.»

Əd-Duxan ‏ surəsi Tapıldı

Ayə 17
Həqiqətən Biz onlardan qabaq Fironun qövmünü sınadıq və onlara möhtərəm bir peyğəmbər gəldi.

Əd-Duxan ‏ surəsi Tapıldı

Ayə 18
(Və onlara dedi) ki: «Allahın bəndələrini (zülmə məruz qalmış İsrail övladlarını) mənə qaytarın. Həqiqətən mən sizin üçün etibarlı bir peyğəmbərəm.

Əd-Duxan ‏ surəsi Tapıldı

Ayə 19
Və (digər bir tapşırıq) budur ki, Allaha qarşı təkəbbür göstərməyin. Çünki mən sizə aşkar bir dəlil-sübut gətirmişəm.

Əd-Duxan ‏ surəsi Tapıldı

Ayə 20
əlbəttə, mən sizin məni qovmağınızdan, yaxud nalayiq sözlər deməyinizdən, yaxud daşlamağınızdan və ya öldürməyinizdən özümün və sizin Rəbbinizə pənah apardım.

Əd-Duxan ‏ surəsi Tapıldı

Ayə 23
(Dedik:) «Belə isə Mənim bəndələrimi gecə yola çıxart. Çünki siz təqib edilirsiniz.

Əd-Duxan ‏ surəsi Tapıldı

Ayə 26
Və necə əkinlər və gözəl, nemət dolu mənzil və yerlər!

Əd-Duxan ‏ surəsi Tapıldı

Ayə 28
(Bəli,) belə idi. Biz başqa bir tayfanı onların hamısının varisi etdik.

Əd-Duxan ‏ surəsi Tapıldı

Ayə 29
Beləliklə onlara nə göy və yer ağladı və nə də (əzab nazil olan zaman) möhlət tapdılar.

Əd-Duxan ‏ surəsi Tapıldı

Ayə 31
Firondan (onun əlindən)! Həqiqətən o, həddini aşanların itaətsiz təkəbbürlülərindən idi.

Əd-Duxan ‏ surəsi Tapıldı

Ayə 32
Həqiqətən Biz onları (ləyaqətlərini) bilərək aləmdəkilərdən (zəmanələrinin insanlarından) üstün etdik.

Əd-Duxan ‏ surəsi Tapıldı

Ayə 33
Və onlara ayə və möcüzələrin (əsa, ağ əl, dənizin yarılması, düşmənlərin məhvi, Tövratın nazil olunması, bildirçin və qüdrət halvası, kölgə salan bulud kimi) aşkar imtahan (yaxud aşkar nemət) olanını verdik.

Əd-Duxan ‏ surəsi Tapıldı

Ayə 34
Əlbəttə bunlar (Qüreyş kafirləri) deyirlər:
114 Sürə
6236 Ayə
4804 Tapılan Nəticə
241 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar