Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl" üzrə 4804 ayə tapıldı. (2461 - 2480 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əş-Şuəra surəsi Tapıldı

Ayə 8
Həqiqətən, bunda (Bizim tovhidimiz, qüdrətimiz və rəhmətimizə dair) bir əlamət vardır. Amma onların əksəriyyəti (fitrətlərinin çirkinliyi ucbatından) iman gətirməmişlər və (bundan sonra da) iman gətirməyəcəklər.

Əş-Şuəra surəsi Tapıldı

Ayə 13
«Sinəm daralır (sıxılır) və (danışarkən) dilim tutulur. Odur ki, (vəhy mələyini) Haruna göndər (onu mənə köməkçi et)».

Əş-Şuəra surəsi Tapıldı

Ayə 15
(Allah) buyurdu: «Belə deyil. Siz ikiniz də Bizim ayələrimizi aparın. Şübhəsiz, Biz sizinlə birgə (Fironun adamlarının nə dediklərini) eşidəcəyik!».

Əş-Şuəra surəsi Tapıldı

Ayə 24
(Musa) dedi: «O, göyləri, yeri və onların arasında olanları idarə və tərbiyə edəndir, əgər yəqinlik əhli olsanız, (gözəl şəkildə idarə və tərbiyə olunmalarından, onları idarə və tərbiyə edənin varlığını dərk edə bilərsiniz)».

Əş-Şuəra surəsi Tapıldı

Ayə 32
Beləliklə, Musa öz əsasını atan kimi (əsa), qəfildən açıq-aşkar bir əjdaha oldu. (Onun əjdaha olduğu tam aydın görünürdü).

Əş-Şuəra surəsi Tapıldı

Ayə 33
əlini (qoynunun altından) çıxardanda, o, baxanlara qəflətən (gözqamaşdırıcı) ağappaq və nurlu göründü.

Əş-Şuəra surəsi Tapıldı

Ayə 38
Beləliklə, bütün sehrbazlar məlum bir günün müəyyən olunmuş vaxtında (bayram günündə) toplandılar.

Əş-Şuəra surəsi Tapıldı

Ayə 40
«Əgər sehrbazlar qalib gəlsələr, biz də onlara tabe olaq (Fironun tanrılığına və dininə itaət etməyə davam edərik)».

Əş-Şuəra surəsi Tapıldı

Ayə 41
Sehrbazlar gəldikdə Firona dedilər: «Əgər qalib gəlsək, bizim üçün bir mükafat olacaqmı?!»

Əş-Şuəra surəsi Tapıldı

Ayə 42
(Firon) dedi: «Bəli! Və belə olan surətdə mütləq (bizim dərgahımıza) yaxın adamlardan olacaqsınız».

Əş-Şuəra surəsi Tapıldı

Ayə 44
Onlar öz iplərini və əsalarını yerə atdılar. (Firona və öz düzəltdikləri ilan kimi qıvrılan əşyalara çox güvənərək) dedilər: «Fironun izzətinə (və cəlalına) and olsun ki, mütləq biz qalib gələcəyik».

Əş-Şuəra surəsi Tapıldı

Ayə 45
Belə olduqda Musa (da) öz əsasını atdı. O, onların düzəltdikləri (və nümayiş etdirdikləri) həqiqi olmayan şeyləri qəfildən uddu.

Əş-Şuəra surəsi Tapıldı

Ayə 49
Firon dedi: «Mən sizə izn verməzdən öncəmi ona iman gətirdiniz?! Şübhəsiz ki, o sizə sehr öyrətmiş olan böyüyünüzdür (sizin bu mübarizəniz süni idi). Belə isə tezliklə bilərsiniz! Mütləq sizin əllərinizi və ayaqlarınızı bir-birlərinə çarpaz (birini sağdan və birini soldan) kəsdirib sizi hamılıqla dar ağacından asacağam».

Əş-Şuəra surəsi Tapıldı

Ayə 52
Musaya belə vəhy etdik: «Mənim bəndələrimi gecə vaxtı çıxart, çünki siz təqib ediləcəksiniz (bununla da sizin qurtuluşunuzun və Fironun adamlarının həlakının müqəddiməsi hazırlanacaqdır)».

Əş-Şuəra surəsi Tapıldı

Ayə 53
Firon (İsrail övladlarının qaçmasından xəbərdar olduqdan sonra) şəhərlərə qüvvələr göndərdi (ki, ordu toplasınlar).

Əş-Şuəra surəsi Tapıldı

Ayə 55
əlbəttə, bunlar bizi (dəfələrlə itaətsizliklərinə görə) qəzəbləndirmişlər.

Əş-Şuəra surəsi Tapıldı

Ayə 57
Beləliklə, (Biz) onları bağlardan və bulaqlardan,

Əş-Şuəra surəsi Tapıldı

Ayə 58
(Nemət) xəzinələr(in)dən, gözəl və dəyərli yerlərdən çıxartdıq.

Əş-Şuəra surəsi Tapıldı

Ayə 59
(Bizim qüdrət və hikmətimiz) belə idi (belə tələb edirdi) və onların hamısını İsrail övladlarına irs olaraq verdik.

Əş-Şuəra surəsi Tapıldı

Ayə 60
Beləliklə (Fironun adamları) günəş doğduqda onların arxasınca getdilər.
114 Sürə
6236 Ayə
4804 Tapılan Nəticə
241 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar