Quranda Axtarış Edin

Axtarış nəticələri: "Qur’an" üzrə 234 ayə tapıldı. (221 - 234 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əl-‏İnsan surəsi Tapıldı

Ayə 23
(Ey Peyğəmbər,) şübhəsiz, Biz Özümüz bu Qur’anı sənə tədriclə nazil etdik.

Əl-Mursəlat surəsi Tapıldı

Ayə 5
(And olsun) zikri (Qur’anı və öyüd – nəsihəti insanların qəlbinə) çatdıranlara ki,

Ən-Nəbə surəsi Tapıldı

Ayə 2
Böyük bir xəbər (Qiyamətin gəlməsi, yaxud Qur’anın haqq olması) haqqında.

Əbəsə ‏ surəsi Tapıldı

Ayə 11
Belə olmamalıdır. Bu Qur’an ayələri bir xatırlatma (öyüd - nəsihət)dir.

Əbəsə ‏ surəsi Tapıldı

Ayə 13
(Bu Qur’an) çox dəyərli və şərəfli səhifələrdə və yazılardadır.

Ət-Təkvir surəsi Tapıldı

Ayə 19
(Yuxarıdakı andların nəticəsi budur) ki, bu (Qur’an) şübhəsiz möhtərəm və şərəfli bir elçinin (Cəbrailin gətirdiyi) sözdür.

Ət-Təkvir surəsi Tapıldı

Ayə 25
Və bu (Qur’an Allah dərgahından) qovulmuş Şeytanın sözü deyildir.

Əl-İnşiqaq ‏ surəsi Tapıldı

Ayə 21
Onlara Qur’an oxunduqda, səcdəyə qapanmırlar?!

Ət-Tariq surəsi Tapıldı

Ayə 13
Qur’an şübhəsiz, (haqla batili) ayıran qəti bir kəlamdır!

Əl-Əla surəsi Tapıldı

Ayə 6
(Ya Peyğəmbər!) Tezliklə sənə (bütün Qur’anı – əzəli elmdə və Lövhi – Məhfuzda olan əsl tənzimi ilə) oxudarıq, belə ki, əsla unutmazsan.

Əz-Zuha ‏ surəsi Tapıldı

Ayə 11
Və Rəbbinin (sənə əta etdiyi) nemətindən söhbət aç! (De ki, sən özün Allahın varlıq aləminə olan ilk hədiyyəsisən, yaradılış qapısının fəth olunma vasitəsisən, ən kamil insaniyyətə, ən kamil ağıla, əzəmətli əxlaqa, peyğəmbərliyin xətm olunmasına, ən dolğun bir dinə, əbədilik Qur’ana, zat müqəddəsliyinə və canişinlərin ismətinə maliksən).

Əl-Qədr surəsi Tapıldı

Ayə 1
Həqiqətən, Biz onu (Qur’anı) Qədr gecəsində nazil etdik (Qur’an bütünlüklə, bir dəfəyə, feyz mənbəyindən birinci səmaya, yaxud Peyğəmbərin mübarək qəlbinə Qədr gecəsində nazil oldu. Sonra isə 23. il ərzində tədriclə birinci göydən Peyğəmbərin mübarək qəlbinə və Peyğəmbərin mübarək qəlbindən də ümmətə çatdırıldı).

Əl-Bəyyinə surəsi Tapıldı

Ayə 4
Lakin (səmavi) kitab verilən kəslər onlara yalnız açıq-aydın dəlil (Peyğəmbər və Qur’an) gəldikdən sonra (etiqadlarında) təfriqəyə və ixtilafa düşdülər (və onu qəbul etmək məsələsində parçalandılar).

Əl-Əsr surəsi Tapıldı

Ayə 1
And olsun əsr vaxtına (ya əsr namazına, ya İslamın zühur etdiyi və Qur’anın cəmiyyətə təqdim olunduğu əsrə, yaxud vəd olunmuş Mehdinin (ə.f.) İlahi hökümətinin zühur dövrünə) ki,
114 Sürə
6236 Ayə
234 Tapılan Nəticə
12 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar