Üzgüçülük yarışında 5 qız - Zərifə, Cəmilə, Gülnar, Samirə və Natavan yarışırlar. Natavan ilk üçlüyə düşməyib. Cəmilə 3-cü yeri tutub və Gülnarın tutuduğu yerdən üstündür. Samirə 2 ci yeri tutandan 1 yaş böyükdür. 1, 2 və 3cü yerləri tutanları ardıcıllıqla göstərin.
Dörd rəfiqə - Aygül, Zəminə, Gülnar və Mehriban tətilə 4 müxtəlif ölkəyə Braziliya, Yaponiya, Amerika və Türkiyəyə bilet alıblar. Biletlərə uyğun təyyarələrin uçma zamanı ardıcıllığı Türkiyə,Amerika,Braziliya,Yaponiya şəklindədir.Aygül Zəminədən daha öncə uçacaq. Gülnar Yaponiyaya bilet alıb.Aygül ən erkən uçacaq. Zəminə Mehribanın uçduğu təyyarədən dərhal sonra uçacaq. Zəminə hansı ölkəyə bilet alıb?
Futbol oyunu zamanı meydançada bir komandanın 11 üzvü çıxış edir. Oyun ərzində bir komandada 2 sahə oyunçusu(sahə oyunçusu - qapıçı olmayan oyunçuları adlandırırıq) qırmızı vərəqə alaraq meydandan xaric edildi. Meydançada qapıçılardan savayı cəmi neçə oyunçu qaldı?