Ardıcıl nömrələnmiş 4 qapı göy,yaşıl,qırmızı,sarı rəngləri ilə rənglənib.Sarı qapı göy və yaşıl qapların arasındadır.Yaşıl qapı qırmızı qapıdan dərhal əvvəlki qapıdır. Qapıların ıralanma ardıcıllığını tapın.
Bilik yarışmasında iştirak edən 8 tələbə yarışma başlamadan öncə bir-birləri ilə əl görüşüb qarşılıqlı uğurlar arzu etdilər. Cəmi neçə əl görüşməsi oldu?
Altı dost - Cavid, Səməd, Eldar, Aysun, Dilarə, Fərid faciə, komediya və melodram janrlarında olan kinolara bilet alıblar. Dostlar kinolara iki nəfər olmaqla baxırlar.Cavid və Eldar melodram janrında olan kinoya bilet almayıblar. Səməd Aysunla eyni kinoya getmir. Aysun komediyaya bilet alıb. Dilarə Cavidlə eyni kinoya gedir.Komediya janrında olan kinoya gedənlər kimlərdir?