Elçin yeni ilin ilk günündən idman təmrinləri etməyə başladı. Hər gün ayın gün nömrəsinə uyğun sayda təmrin etməklə günü gündən daha çox təmrin etmiş oldu. Məsələn 1 yanvarda 1 təmrin, 2 yanvarda 2, 10 yanvarda 10 təmrin və.s. Ay tamam olandan sonra o bitən ayın son 3 günündə cəmi neçə təmrin etmiş oldu?
Asif işdən saat 6-da çıxaraq evə doğru velosipedlə yola düşdü. Velosipedin orta sürəti saniyədə 3 metr olmaqla Asifin 1 saatdan sonra evə çatdığını nəzərə alaraq işdən evə qədər olan yolun təxmini uzunluğunu seçin.
Bilik yarışmasında iştirak edən 8 tələbə yarışma başlamadan öncə bir-birləri ilə əl görüşüb qarşılıqlı uğurlar arzu etdilər. Cəmi neçə əl görüşməsi oldu?