Elçin yeni ilin ilk günündən idman təmrinləri etməyə başladı. Hər gün ayın gün nömrəsinə uyğun sayda təmrin etməklə günü gündən daha çox təmrin etmiş oldu. Məsələn 1 yanvarda 1 təmrin, 2 yanvarda 2, 10 yanvarda 10 təmrin və.s. Ay tamam olandan sonra o bitən ayın son 3 günündə cəmi neçə təmrin etmiş oldu?
Aydan, Cəfər və Samir üç fərqli A,B,C məktəblərində üç fərqli kimya, riyaziyyat və və fizika fənlərindən dərs keçirlər.Fizika fənnini deyən Cəfərin dostudur.
Cəfər A məktəbində dərs demir.C məktəbində fizika dərsini deyən Samirlə qonşudur.Samir kimya dərsini deyir.Cəfər hansı məktəbdə hansı dərsi deyir?
Futbol oyunu zamanı meydançada bir komandanın 11 üzvü çıxış edir. Oyun ərzində bir komandada 2 sahə oyunçusu(sahə oyunçusu - qapıçı olmayan oyunçuları adlandırırıq) qırmızı vərəqə alaraq meydandan xaric edildi. Meydançada qapıçılardan savayı cəmi neçə oyunçu qaldı?
Ardıcıl nömrələnmiş 4 qapı göy,yaşıl,qırmızı,sarı rəngləri ilə rənglənib.Sarı qapı göy və yaşıl qapların arasındadır.Yaşıl qapı qırmızı qapıdan dərhal əvvəlki qapıdır. Qapıların ıralanma ardıcıllığını tapın.