Altı dost - Cavid, Səməd, Eldar, Aysun, Dilarə, Fərid faciə, komediya və melodram janrlarında olan kinolara bilet alıblar. Dostlar kinolara iki nəfər olmaqla baxırlar.Cavid və Eldar melodram janrında olan kinoya bilet almayıblar. Səməd Aysunla eyni kinoya getmir. Aysun komediyaya bilet alıb. Dilarə Cavidlə eyni kinoya gedir.Komediya janrında olan kinoya gedənlər kimlərdir?
Elçin yeni ilin ilk günündən idman təmrinləri etməyə başladı. Hər gün ayın gün nömrəsinə uyğun sayda təmrin etməklə günü gündən daha çox təmrin etmiş oldu. Məsələn 1 yanvarda 1 təmrin, 2 yanvarda 2, 10 yanvarda 10 təmrin və.s. Ay tamam olandan sonra o bitən ayın son 3 günündə cəmi neçə təmrin etmiş oldu?