Əz-Zilzal surəsi

8 Ayə Mədəni Surə

Əz-Zilzal surəsi Haqqında

Bu surə Quran-ı Kərimdə 99. surədir və 8 ayədən ibarətdir. Aşağıda surənin Azərbaycan dilində tərcüməsini və təfsirini tapa bilərsiniz.

Əz-Zilzal surəsi - Azərbaycan dilində tərcüməsi

Yer özünə məxsus (yaradılışın tarixində yalnız bircə dəfə baş verəcək) bir titrəyişlə titrədiyi zaman,
Təfsirə Bax
zilzal-suresi-aye-1 بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ
Yer öz qiymətli yüklərini və çox dəyərli mallarını (ölüləri, mədənləri və xəzinələri) çıxarıb atacağı zaman
Təfsirə Bax
zilzal-suresi-aye-2 بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ
Və (onun köksündən çıxan) insan (təəccüb və dəhşətlə): «Buna, nə olub?!»- deyəcəyi zaman
Təfsirə Bax
zilzal-suresi-aye-3 بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ
Məhz o gün yer öz xəbərlərini açıb söyləyər. (Köksündəkiləri çıxarıb atmağı onun elə danışmasıdır. Yaxud da o elə dilə gələrək danışar).
Təfsirə Bax
zilzal-suresi-aye-4 بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ
Ona görə ki, sənin Rəbbin ona vəhy etmişdir.
Təfsirə Bax
zilzal-suresi-aye-5 بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ
O gün insanlar əməllərinin (haqq-hesabının) özlərinə göstərilməsi üçün (qəbirlərdən) dəstə-dəstə çıxıb (haqq-hesab səhnəsinə tərəf) gələrlər və əməlləri(nin qarşılığı, ya eyni ilə təcəssümü) onlara göstərilsin deyə (haqq-hesab mərkəzindən öz əbədi məskənlərinə doğru) çıxarlar.
Təfsirə Bax
zilzal-suresi-aye-6 بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ
Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir.
Təfsirə Bax
zilzal-suresi-aye-7 بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ
Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir.
Təfsirə Bax
zilzal-suresi-aye-8 بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ