Ət-Təkasur surəsi

8 Ayə Mədəni Surə

Ət-Təkasur surəsi Haqqında

Bu surə Quran-ı Kərimdə 102. surədir və 8 ayədən ibarətdir. Aşağıda surənin Azərbaycan dilində tərcüməsini və təfsirini tapa bilərsiniz.

Ət-Təkasur surəsi - Azərbaycan dilində tərcüməsi

(Mal-dövlət, rütbə və övlad) çoxluğ(u) ilə öyünmək və (onları) çoxaltmaqda bir – birinizlə yarışa girmək sizi (Allahın zikrindən) yayındırdı.
Təfsirə Bax
tekasur-suresi-aye-1 بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ
O vaxta qədər ki, qəbristanlıqları ziyarət etdiniz (ölüb getdiniz. Ölüm anınıza kimi belə idiniz, yaxud fəxr etmək üçün qohumlarınızın qəbirlərini saymağa getdiniz).
Təfsirə Bax
tekasur-suresi-aye-2 بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ
Belə deyildir. (Sizin güman etdiyiniz kimi deyildir. Siz güman edirsiniz ki, yalnız dünya üçün çalışmaq lazımdır), tezliklə (Bərzəx aləminə daxil olduğunuz zaman) biləcəksiniz.
Təfsirə Bax
tekasur-suresi-aye-3 بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ
Əsla belə deyildir, tezliklə (Cəza günü) biləcəksiniz.
Təfsirə Bax
tekasur-suresi-aye-4 بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ
Belə deyildir. Əgər (işin həqiqətini) elmül-yəqinlə (şəkk – şübhə ehtimalı olmayan bir elmlə) bilsəydiniz,
Təfsirə Bax
tekasur-suresi-aye-5 بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ
Şübhəsiz, Cəhənnəmi (qəlb gözü ilə) görərdiniz (lakin bilmədiniz və görmədiniz).
Təfsirə Bax
tekasur-suresi-aye-6 بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ
Sonra, şübhəsiz, onu (Cəza günü) eynül-yəqinlə (Cəhənnəmə daxil olub, orada yanmaqdan hasil olan tam bir yəqinliklə) görəcəksiniz.
Təfsirə Bax
tekasur-suresi-aye-7 بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ
Sonra isə o gün, şübhəsiz, siz (dünyada Allahın) əta etdiyi nemətlər barəsində sorğu-sual olunacaqsınız.
Təfsirə Bax
tekasur-suresi-aye-8 بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ