Ən-Nas surəsi

6 Ayə Mədəni Surə 114. Sürə

Ən-Nas surəsi Haqqında

Bu surə Quran-ı Kərimdə 114. surədir və 6 ayədən ibarətdir. Mədəni surəsi olan Ən-Nas surəsi surəsinin Azərbaycan dilində tərcüməsini aşağıda tapa bilərsiniz.

Ən-Nas surəsi - Azərbaycan dilində tərcüməsi

(Ya Peyğəmbər!) De: «Pənah aparıram insanların Rəbbinə (yaradılış mərhələsinin əvvəlindən tərbiyə mərhələsinin sonuna qədər onları tərbiyə edənə).
İnsanların hökmdarına və (mütləq) hakiminə.
İnsanların (həqiqi) məbuduna.
Gizlincə vəsvəsə edənin, o irəli – geri çəkilənin şərindən.
O, (şeytanın şərindən) ki, insanların ürəklərinə vəsvəsə salır,
İstər cinlərdən olsun, istərsə də insanlardan».
Ana səhifə Quran Axtarış Təfsir