Əl-Huməzə surəsi

9 Ayə Mədəni Surə 104. Sürə

Əl-Huməzə surəsi Haqqında

Bu surə Quran-ı Kərimdə 104. surədir və 9 ayədən ibarətdir. Mədəni surəsi olan Əl-Huməzə surəsi surəsinin Azərbaycan dilində tərcüməsini aşağıda tapa bilərsiniz.

Əl-Huməzə surəsi - Azərbaycan dilində tərcüməsi

İnsanlarda eyb axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına.
O kəs ki, mal yığıb onu dönə – dönə sayar (və bu mal-dövləti necə əldə edib, necə xərcləmək barədə Allahın əmrinə heç bir əhəmiyyət verməz).
Və elə zənn edər ki, mal-dövlət onu əbədi yaşadacaqdır (və ölüm, yaxud bədbəxt hadisələr onu haqlamayacaqdır).
(Xeyr,) belə deyildir, şübhəsiz, o Hutəməyə (əzən oda) atılacaqdır.
Və sən nə bilirsən ki, Hutəmə nədir?!
O, Allahın yanar odudur.
Elə bir od ki, (küfr, şirk və nifaq mərkəzi olan) ürəklərə nüfuz edər (və zahirdən əlavə, batini də yandırıb - yaxar).
Həqiqətən, o odun qapısı (ondan xilas yolu) onların üzünə qapanar (və çıxış yolları olmaz).
Onlar hündür sütunlara (bağlanarlar və cəzalanarlar).
Ana səhifə Quran Axtarış Təfsir