Əl-Adiyat ‏surəsi

11 Ayə Mədəni Surə 100. Sürə

Əl-Adiyat ‏surəsi Haqqında

Bu surə Quran-ı Kərimdə 100. surədir və 11 ayədən ibarətdir. Mədəni surəsi olan Əl-Adiyat ‏surəsi surəsinin Azərbaycan dilində tərcüməsini aşağıda tapa bilərsiniz.

Əl-Adiyat ‏surəsi - Azərbaycan dilində tərcüməsi

And olsun tövşüyə-tövşüyə çapan (cihad) atlar(ın)a,
(And olsun) dırnaqları ilə daşdan qığılcım qoparan atlara,
(And olsun) sübh çağı (düşmən üzərinə) hücum edənlərə
Hücumları ilə toz-torpaq qaldıranlara,
O hücumla (düşmənlərin) mərkəzinə yol tapanlara (and olsun) ki,
Həqiqətən, insan öz Rəbbinə qarşı çox nankor, xəsis və itaətsizdir!
Və şübhəsiz, o özü də buna şahiddir.
Həqiqətən, insan mal-dövlətə fitrətən (zatən) çox hərisdir.
Məgər o bilmirmi ki, qəbirlərdə olanlar çıxarılacağı zaman (Qiyamət günü),
Və sinələrdə (ürəklərdə) olanlar (iman və küfr, fəzilətlər və rəzilətlər əməl dəftərində və camaat arasında) açılacağı zaman,
Şübhəsiz, o gün onların Rəbbi hallarından xəbərdardır.
Ana səhifə Quran Axtarış Təfsir