Əbu Ləhəb surəsi
5 Ayə
Mədəni Surə
111. Sürə
Əbu Ləhəb surəsi Haqqında
Bu surə Quran-ı Kərimdə 111. surədir və 5 ayədən ibarətdir. Mədəni surəsi olan Əbu Ləhəb surəsi surəsinin Azərbaycan dilində tərcüməsini aşağıda tapa bilərsiniz.
Əbu Ləhəb surəsi - Azərbaycan dilində tərcüməsi
Əbu Ləhəbin hər iki əli kəsilsin, ziyana uğrasın və ölüm olsun ona!
Əsla onun nə mal-dövləti, nə də əldə etdikləri (Allahın əzabını zərrə qədər də ) ondan uzaqlaşdıra bilməz.
O, tezliklə alovlu (şöləli) oda girəcək və orada yanacaqdır.
Və onun odun daşıyan zövcəsi də (Cəhənnəm oduna girəcəkdir).
Onun boynunda xurma lifindən hörülmüş ip olacaqdır. (O, Peyğəmbərin yolunun üstünə iplə tikanlı çöplər daşıdığına və Peyğəmbərin əleyhinə söz gəzdirdiyinə görə Cəhənnəmdə də əməllərin eynilə təcəssüm olaraq «Zəqqum» ağacının odunlarını odlu zəncirlərlə daşıyacaqdır.)